Qadin.NET / Bugünədək satılmış ən bahalı kitablar

Bugünədək satılmış ən bahalı kitablar

Əziz Qadın.Netlilər bu xəbərimdə sizə dünyanın bugünədək ən baha qiymətə satılmış kitablarının siyahısını təqdim edirəm. Hər bir kitab öz satılma dəyərinə görə müəyyən yer tutur. Diqqətlə izləyin.
1. Leonardo Da Vinçi. "Lester əlyazmaları" 30.8 milyon $ (1994) 
1500-cü ildə nəşr olunmuşdur. Bu kitab tarixə "bu günə qədər satılan ən bahalı kitab" adı ilə düşmüşdür. Maraqlıdır ki, bu kitabın sahibi dünyanın ən zəngin adamı Bill Geytsdir. O, kitabın çox sayda şəkillərindən "Maykrosoft"-un ekran qoruyucuları kimi istifadə etmişdir və həmçinin kitabı sərgi üçün dünyanın müxtəlif şəhərlərinə vermişdir.
Bugünədək satılmış ən bahalı kitablar
2. Müqəddəs Kusbertin İncili  14 milyon $ (2012) 
7-ci əsrə aid bu nadir əsər latın dilində yazılmışdır. Kitabı hər kəs oxuya bilər, çünki elektron versiyası mövcuddur. Kitab Britaniya kitabxanasında nümayiş olunur.
Bugünədək satılmış ən bahalı kitablar
3. Müqəddəs Venediktin sifarişi. "Henri Lionun İncili"  11.7 milyon $ (1983) 
1175-ci ilə aiddir. Bu kitab 1994-cü ilə qədər "dünyanın bu günə qədər satılan ən bahalı kitabları" siyahısında ilk sırada dururdu. 266 səhifədən ibarət bu kitabın 50 səhifəsi yalnız gözəl illustrasiyalardan ibarətdir.
Bugünədək satılmış ən bahalı kitablar
4. Con Ceyms Audubon."Amerika quşları"  11.5 milyon $ (2010) 
Bu kitab Amerika ornitologiyasının əsl şah əsəri hesab olunur. Audubon yaşam ölçülərinə əsasən, Amerikanın bütün quşlarının şəkillərini çəkmək istəyirdi. Hələ də dünyada bu böyük kitabın təqribən 120 original surəti vardır.
5. Cefri Çoser. "Etajer hekayələri" 7.5 milyon $ (1998) 
1478-ci ildə nəşr olunmuşdur. "Etajer hekayələri" nin 83 məlum versiyası mövcuddur. Əsər 1370 və ya 1380-ci ildə yazılmağına baxmayaraq 1478-ci ildə çap olunmuşdur. 
Bugünədək satılmış ən bahalı kitablar
 6. Uilyam Şekspir. "Birinci foliant"   6.16 milyon $ (2001) 
1623-cü ildə nəşr olunmuşdur. Bu kitab bütün dövrlərin ən yaxşı kitabıdır və Şekspirin 36 pyesindən ibarətdir. Hal-hazırda bu kitabın əsl qiyməti 1 paunddur. "Birinci Foliant"-ın 228 surəti hələ də mövcuddur.
Bugünədək satılmış ən bahalı kitablar
 7. Pier-Jozef Redut. "Liliasea" 5 milyon $ (1985)
1802-ci ildə nəşr olunmuşdur. Kitab zanbaq fəsiləsinə mənsub güllərin gözəl illustrasiyalarından ibarətdir. Belçikada doğulmuş Redut peşəkar rəssam idi. O, habelə "Qızılgül fəsiləsi" adlı kitabını çap etdirmişdir. 
Bugünədək satılmış ən bahalı kitablar
 8. Qutenberqin Bibliyası  4.9 milyon $ (1987)
1450-1455-ci illərdə nəşr olunmuşdur. Bu kitab dünyada ilk çap olunmuş kitabdır. Hal-hazırda Qutenberq Bibliyasının ilk nəşrinin 48 məlum surəti mövcuddur. 
Bugünədək satılmış ən bahalı kitablar
9. Henri Luis Duhamel du Monkeau. "Meyvə ağacları barədə traktat"   4.5 milyon $ (2006) 
1768-ci ildə nəşr edilmişdir. Beş cildlik bu kitab meyvə ağaclarının 16 müxtəlif növlərinin gözəl illustrasiyasından ibarətdir. Fransız botaniki Henri Luis Duhamel du Monkeau, həmçinin, Fransa Elmlər Akademiyasında prezident kimi fəaliyyət göstərmişdir.

 10. Klavdi Ptolemey."Coğrafi Kosmoqrafiya"  3.5 milyon $ (2006)
 
Bu kitab 1462-ci ildə nəşr edilmişdir. Həmçinin "Coğrafiya", yaxud "Geographike Hyphegesis" adı ilə tanınır. Bu kitab yerin coğrafiyasına və kartoqrafiyasına aid ən məşhur kitablar arasındadır. Yeni dünyanın kəşfindən əvvəl mövzusuna görə bu kitabı əsas götürərək ona istinad edirdilər.
  Ayxan Əhmədzadə
12 avqust 2014
GO BACK