Qadin.NET / Sürətli oxu (8)

Sürətli oxu (8)

İdemotor məşq

Məşğələnin adı "idea" yunan sözündən ("obraz") və "tor" latın sözündən ("hərəkətə gətirən") əmələ gəlib. Psixologiya ideomotor aktı hansısa hərəkəti təsəvvür edərkən bu hərəkəti təmin edən sinir impulslarının meydana çıxması kimi izah edir. Bu hadisə hələ İ.P.Pavlova məlum idi. O, "Heyvanların ASF-nin (davranışının) obyektiv tədqiqi sahəsində iyirmi illik təcrübə" kitabında yazırdı: "Çoxdan müəyyən edilib və elmi cəhətdən sübut olunub ki, siz müəyyən hərəkət barədə fikirləşirsinizsə, .. qeyri-ixtiyari olaraq, özünüz də hiss etmədən bu hərərkəti edirsiniz". Bu anlayış sonrakı işimiz üçün çox vacib olduğu üçün onu daha ətraflı izah edəcəyik.
Tapşırıq: Kəfkirlə təcrübə. İdeomotor aktın konkret təzahürünü görmək ücün kiçik bir təcrübə keçirək. Uzunluğu 15-30 sm olan sapdan və kiçik predmetdən, məsələn, sapın bir ucuna bağlanmış acardan kəfkir düzəldin. Bir vərəqdə dairə çəkin onu düz bucaq altında kəsişən iki düz xətlə dörd   hissəyə bölün. Dirsəyi stola qoysaq və sapın boş ucunu böyük və şəhadət barmaqlarımızla tutsaq, kəfkir sizin mərkəzləşdiyiniz istiqamətdə dairəyə nisbətən ixtiyari hərərkətlər edəcək. Kəfkirin saat istiqamətində, vərəqdə çəkilmiş hərəkətini təsəvvür edin. Asılan əşya belə hərəkətə başlayır, hərçənd, siz sapın ucunu olduqca sakit saxlamısınız. Kəfkirin istənilən hərəkətini olduqca dəqiq təsəvvür  üzərində diqqətinizi cəmləyin. Əliniz nə qədər sakit dursa da, gözlənilən hərəkəti etməyə başlayacaqdır.

Sürətli oxu (8)

Bəziləri asılan əşyaya diqqətlə baxırarsa və diqqətlərini təsəvvürün üzərində cəmləyirlərsə, onlarda bu təcrübə dərhal alınır. Başqaları isə kəfkirin arzuolunan hərəkətini qapalı gözlərlə təsəvvür edirlərsə, onlarda təcrübə daha yaxşı keçir. Bu təcrübə ideomotor aktın, həqiqətən də, mövcudluğunun inandırıcı sübutunu vəd edir-fikrən təsəvvür edilən obrazlar orqanizmin bu obrazları gerçəkləşdirən fiziki reaksiyalarına səbəb olur. Oxuculara xatırlatmaq istərdik ki, göstərilmiş hadisə həm də məşğələlərin effektivliyini artırmaq üçün tövsiyə etdiyimiz autogen məşq sisteminin əsasını təşkil edir.

İdeomotor məşq metodları idmançılar tərəfındən geniş istifadə olunur. Bu zaman onlar yerinə yetirməli olduqları mürəkkəb hərəkət kombinasiyalarını fikrən təsəvvür edir və onları mükəmməl həddə çatdırırlar.

İdeomotor məşqin effektivliyi əhəmiyyətli dərəcədə psixoloji xüsusiyyətlərdən asılıdır. Məkanda səmtləşmə üsullarına əsasən insanları şərti olaraq iki tipə ayırmaq olar: müşahidəci və hərəki.

Birinci tip insanlar üçün müşahidə oriyentirləri həlledici əhəmiyyətə malikdir, ikinci tip üçün isə əzələ hissiyyatları və ağırlıq qüvvəsinin istiqamətləndirmə hissi daha əhəmiyyətlidir. Müşahidəçi tipinin insanları hərəkətləri fikrən icra edərkən, əsasən, müşahidə təsəvvürlərinə əsaslanırlar. Onlar sürətli oxu texnikasına yiyələnməkdə bəzi  üstünlüklərə malikdirlər, çünki burada
təxəyyülün, təsəvvürün rolu son dərəcə böyükdür. İkinci tip insanlar hərəki yaddaşa və hərəkətlərı xəyali hissiyyatlarına əsaslanırlar. Sürətli oxu texnikasının daha yaxşı mənimsənilməsi ücün təxəyyülün, əyaniliyin, obrazlı təsəvvürlərin inkişafı son dərəcə vacibdir. İdeomotor məşqin məşğələləri də elə bu vəzifəni yerinə yetirir.

10 sentyabr 2014
GO BACK