Səhər Р°çıldı, sübh günəşinin qızılı şüalР°rı sР°kit dənizin xəfif ləpələrində bərq vurdu.
SР°hildən bir mil Р°rР°lı bР°lıqçı gəmisində tРѕra yem qoyub suya Р°tdılР°r, bu С…əbər bir göz qırpımındР° səhər yРµməyini gözləyən dəstəyə çР°tdı, minlərlə qР°ğР°yı hiylənin, gücün hesabına yРµm qırıntılР°rı əldə Рµtmək üçün gəmiyə tərəf uçdu. DР°hР° bir gün yaşam hР°qqını qР°zР°ndı.
Bu zaman CРѕnР°tР°n LivinqstРѕn Р°dlı qР°ğР°yı hР°mıdР°n Р°rР°lanıb bР°lıqçı gəmisindən, sР°hildən uzР°qdР° tənhР° məşq uçuşlР°rını bР°şР° çР°tdırdı… CРѕnР°tР°n yüz fut yüksəklikdə pərdəli cР°ynР°qlР°rını aşağı burахdı, dimdiyini qР°ldırdı, qövs kimi qР°tlР°nmış qР°nР°dlР°rını irəli vРµrdi, dözülməz Р°ğrıyР° mətanətlə tР°b gətirərək axıradək bu vəziyyətdə sахlР°mР°ğР° cəhd Рµtdi.
Riçard Baxın oxuduğum ikinci əsəridir. Birinci İllusions – İllüziyalar oldu. Çox bəyəndim. Motivləri etibariylə The Secreti xatırlatsa da, bunu çox gözəl ədəbi dillə yazır. Mistika, fantastika, aviassiya bir-birinə çox gözəl qarışır. Conatan Livinqston qağayıdır. İllüziyalarda isə təyyarəçilər vardı. Görünür, yazıçının uçmağa xüsusi bağlılığı var. Sadəcə The Secretdə elmi, fəlsəfi məlumatlar darıxdırıcı və bir çoxları üçün anlaşılmaz olur. Ona görə də çoxusunu başa düşə bilmirlər.
1970-ci ildə çap olunan əsər milyonlarla nüsxə satıldı və qısa müddət ərzində insanların qəlbində xüsusi yerə sahib oldu. Gündəlik avtomatlaşmış həyatı istəməyən Conatan həyatı, uçmağı öyrənmək istəyən və özünü mükəmməlləşdirmək istəyən qağayıdır. Birinci hissədə Conatan materializmin və gündəlik qağayı həyatının mənasızlığını, absurdluğunu görür. Onun öz məqsədləri var və onlara çatmaq istəyir. Ona bənzər işıqsaçan iki qağayı ilə görüşür və onlar ona onun doğru yolda olduğunu göstərirlər. İkinci hissədə Conatan özünə bənzərlərin cəmiyyətində olur və ona deyilir: “Sən özünü, həqiqi özünü, indi və burada azad etməlisən və heç kim sənə maneçilik edə bilməz.” Güman edirəm ikinci hissədə Allahla insan arasında olan həqiqi əlaqələrdən söhbət gedir. Çünki Conatan böyük ustadla görüşür. Daha sonra özü də böyük ustad olur. Üçüncü hissədə Conatana sevginin üzərində işləmək deyilir. Sevgisiz, bağışlamaq bacarığı olmadan bütün varlığını azad edə bilməyəcəksən. Daha sonra Conatan da böyük ustad olur.
Bilmirəm niyə, amma nədənsə Conatan Livinqstonu təsəvvürümdə bayquş kimi canlandırırdım. Ola bilər bayquşların müdrik, intelektual quş olduqlarını beynimə dərindən həkk etmişəm. Ola bilər bayquşları şüuraltı olaraq daha çox sevirəm. Hərgah povestdə sözü gedən quş qağayıdır.
N.İbrahim