“Tale həyatımızın əvvəlcədən cızılmış olması demək deyildir. Yolun tamamını deyil, sadəcə yol ayrıclarını verir. İstiqamət bəllidir, amma bütün döngələr bizə aiddir”.
Bir səhər illər boyu görmədiyiniz bir dostunuzı düşünərək oyandınız. Bir saat sonra onunla küçədə rastlaşırsınız. Sizcə, bu, sadəcə bir təsadüfdür, yoxsa fərqli mənası ola bilərmi? Siz heç lotoreyadada super mükafat qazanmadınız. Amma başqaları qazanır. Həm də tez-tez! Onlar sizdən daha çox şanslıdırlar? Şans əslində nədir? İçinizdə bütün pulunuzu qırmızıya qoymağınızı "deyən" bir hiss var. Bu hiss uzaqgörənlikdirmi? Yoxsa daha artıq bir şeydir? Yolda gedirsiniz. Başınızı çevirib yandaki kiçik parka baxdınız və bir anda bu anı daha əvvəl də yaşamış olduğunuzu hiss etdiniz. Bəli deja vu. Sizcə, deja vu nədir? Keçmişmi, röyamı, yoxsa gələcəyi görürsünüz? Əgər siz də idarəetmənin kimdə olduğunu bilmək istəyirinizsə "Olasılıksız" kitabı tam sizə aiddir.
Kitabı oxumağımdan bir il keçməsinə baxmyaraq, saytımızda unuda bilmədiyim kitab haqqında azdan-çoxdan məlumatın olmasını istəyirəm. Maraqlı bir qeyd də edim: Adam Faverin "Olasılıksız" kitabı elektron formatda oxuduğum ilk roman olmuşdur.
Kitab çox dinamik, elmi-fantastik, dramatik, realistikdir. Əslində heç fantastik deməzdim, çünki kitabda olmuyacaq şeylər təsvir olunmayıb. Daha çox elmi istiqamətlidir. Bir neçə mövzunun bir kitabda cəmləşməsindən xoşum gəlir (amma bu. Markezdə o qədər də uğurlu alınmayıb). Bir çox elmlər bu əsərdə kəsişir: tibb (şizofreniya və epilepsiya xəstəlikləri), fizika, kimya, statistika (ehtimal nəzəriyyəsi xüsusi ilə), psixologiya (şüuraltı), anatomiya və sevimli fəlsəfə. Sadəcə elmlər də deyil: təhlükəsizlik orqanlarının fəaliyyəti və onlar haqqında müxtəlif maraqlı məlumatlar da var (yəni bir anlamda dedektiv izləri də var). İnanılmaz güclü məntiq və təsirli epizodlar var. Əvvəllcə parça-parça olan hissələrin sonradan birləşməsi zövq verir. Eyni zamanda onu da deyim ki, roman bizlərə yazarın bacarığını, maraq dünyasını və sənətkarlıq imkanlarını yaxşı çatdırır. Xüsusilə beyin dalğaları ilə əlaqədar öyrəndiklərim çox maraqlı oldu. Stiv Cobs demişkən, One more thing: kitabı oxumağa başlayarkən, ilk 50-70 səhifəsini diqqətlə oxuyun. Çünkü bir az qarışıqlıq var.