Qadin.NET / Məşhur kitablar haqqında qəribə həqiqətlər

Məşhur kitablar haqqında qəribə həqiqətlər

Məşhur kitablar haqqında qəribə həqiqətlər
Victor Hugonun ən təsirli romanlarından olan "Səfillər" (Les Miserables) əsərini oxusanız, çox uzun bir cümlə ilə qarşılaşacaqsınız. Bu cümlədə 823 söz var! Cümlə kitabın 3-cü bölməsindədir və tam olaraq 3 səhifə davam edir. Bu cümlənin fransız ədəbiyyatının ən uzun cümləsi olduğu qəbul edilir.
Məşhur kitablar haqqında qəribə həqiqətlər
İngilis ədəbiyyatının görkəmli adlarından olan Jonathan Swift "Qulliverin səyahətləri" adlı kitabında Mars planetinin iki peyki olan Phobos və Deimosun tam ölçüləri və dönmə sürətlərindən bəhs etmişdir. Astronomiya alimləri adları kitabda keçən bu peykləri kitabın yazılmasından təxminən 100 il sonra tapıblar. Swiftin bu məlumatları necə öyrəndiyi isə hələ sirr olaraq qalır.
Məşhur kitablar haqqında qəribə həqiqətlər
Əfsanəvi roman "Şerlok Holms"un müəllifi A.Konan Doyl əslində göz həkimi olub. Ancaq tibb sahəsində yaxşı gəlir əldə edə bilməyən Doyl gündəlik ehtiyacını qarşılamaq üçün yazıçı olub. Hazırda ən yaxşı yazıçılardan biri sayılan Doyl dolanışıq çətinliyi çəkməsəydi, bəlkə də bu gün "Şerlok Holms" olmayacaqdı.
Məşhur kitablar haqqında qəribə həqiqətlər
Məşhur rus yazıçısı Dostoyevski qumar borcunu ödəyə bilmək üçün "Qumarbaz" adlı əsərini iyirmi beş gündə yazıb. Tələsdiyi üçün romanı özü yazmayan Dostoyevski bunun üçün bir stenoqraf tutub və sonralar Anna Qriqoryevna adlı bu gənc qadınla evlənib.  
Məşhur kitablar haqqında qəribə həqiqətlər
Məşhur yumoristik yazıçı Mark Tven "Reminqton" firmasının yazı maşınını alan ilk müştərilərindən biri olub. 1887-ci ildə yazı maşınında ilk yazdığı məşhur əsəri "Tom Soyerin macəraları" adlı kitabdır. Bu kitab eyni zamanda dünya ədəbiyyatında yazı maşınında yazılan ilk kitab kimi tanınır. 
Məşhur kitablar haqqında qəribə həqiqətlər
Rus yazıçısı Lev Tolstoyun yazdığı "Hərb və sülh" əsəri klassik ədəbiyyatda əhəmiyyətli romanlardan hesab edilir. O, dünyanın uzun romanları arasında on yeddinci yerdə qərarlaşıb. Hələ lazımi cihazların və kompüterlərin icad edilmədiyi dövrdə yazıçı tərəfindən qələmə alınan bu əsərin əlyazmasını Tolstoyun həyat yoldaşı Sophie Behrs yeddi dəfə əllə yazaraq kopyalayıb. 7 uşaq anasının bu qəhrəmanlığını hansı sevən kişi edə bilərdi? Qadınların gücü budur!
16 aprel 2014
GO BACK