Qadin.NET / Səfillər

Səfillər

Səfillər
Dahi odur ki, xalqın ona ehtiyacı var.
(Victor Huqo)   
Bu dəfə dahi Fransız yazıçısı Victio Hüqunun “Səfillər”-indən yazmaq qərarına gəldim. Burada hadisələr XIX əsrin 30-cu illərindən gedir. Fransada baş verən hadisələrin şahidi olan yazıçı özü demişkən “Tarixə düşmyən həqiqətlər”-i özü tarixə salmağı bacarır.
Yazıçı bütün şahidi olduqları və dövründə yaşadığı olayları Jan Valjanın obrazında təzahürə verir. Bu kitabda söhbət əslində Jan Valjanın həyatından getmir, burada baş verənləri yazıçı özünün səfalət içində batan cəmiyyətə qarşı bir etiraz formasında bildirir.  Burada səfalətə sörüklənən, haqqı- nahaqqı bəlli olmayan  cəmiyyətdə Jan Valjan müsbət qəhrəman kimi göstərilib.
Səfillər
Baxmayaraq ki, o da məhbəs həyatı yaşayıb, azadlığa çıxıb. Bununla belə o da təqib olunur. Onun günahı isə belə cəmiyyətdə günahsız, bir az da vicdanlı olmasıdır. Valjanın müsbət cəhətlərindən biri də ədalətsizliyə, şərə, böhtana və nəhayət səfalətə batmış günahsız insanları ucu-bucağı görünməyən uçurumdan xilas etməkdir. O dövrdə yaşayanlar yalnız pullular və fırıldaqçilardır. Əgər pulsuzsansa, demək yoxsan. Sənə o mühitdə yer yoxdur. Ləyaqət, vicdanın və savadın olsa da yenə də “aşağılardasan”. 
Səfillər
Əsərdə göstərilən qəhrəmanlardan biri də yeganə qız övladını yedizdirmək üçün çarəsizlikdən “pis yola” düşmək astanasında qalan anadır. Buna baxmayaraq o, öz övladı üçün ağzında olan iki ədəd qızıl dişi çıxartıb satmışdır. Bu da o cəmiyyətdə yaşamaq üçün çox cüzi bir məbləğdir. Ana öz qızı Kozettanı bir varlının evinə qulluqçu kimi göndərib özü Parisin küçələrində özünə “iş axtarır”. Xoşbəxtlikdən o Jan Valjana rast gəlir. Jan Valjan qadını səfalətdən qurtarır. Ona Kozettasını tapmağa kömək edir. O, bu işin öhdəsindən layiqilə gəlir. O da buna uzuc başa gəlmir. Kimsəsiz qadını ali, kübar cəmiyyətdən qaçırması, eyni zamanda Kozettanı varlı Mersenin evindən apardığı üçün o dövrün qanunları ilə Valjan üçün həbs qərarı çıxarılır.
Səfillər
Əsərdə tüfeyli həyat sürən yeniyetmələr, çürüməyə məhkum olunmuş gənclik Hüqunun ən öndə duran problemlərindən olub. O, bu vəziyyəti Qavroş timsalında canlandırıb. Qavroş öz tüfeyli dostları ilə haqsızlıqlara qarşı mübarizə aparır. O, varlılardan ələ keçirdiklərini xəstə və zəif dostları arasında bölüşdürür. Qavroş xəstəlikdən ayağa qalxa bilməyən qadını gətirib öz komasında bəsləyir. Bütün bu haqsızlıqları göz ününə gətirən Qavroş bir inqilabçı kimi xalqı üsyana, mübarizəyə səsləyir. O, buna da nail olur. Amma bu üsyan Qavroşun faciəvi şəkildə ölümündən sonra qalib gəlir.
Hüqunun burada gostərdiyi bir məsələ isə inqilabdan sonra pulun hesabına “yüksələn” şəxsiyyətlərin çevrilişdən sonrakı düşdüyü gülünc vəziyyət, ikiüzlülik xüsusilə qeyd olunur. Artıq bundan sonra onların səfaləti başlayır.
Turan Qafqazlı
6 sentyabr 2014
GO BACK