Qadin.NET / Etel Lilian Voyniç "Ovod"

Etel Lilian Voyniç "Ovod"

Yəqin ki, aranızda bu əsəri oxuyanlar vardır. Oxumayanlara isə tövsiyyə edə bilərəm. "Ovod" mənim ən çox sevdiyim əsərlərdən biridir. Çox təsirli bir əsərdir. Heç mübaliğəsiz deyə bilərəm ki, son 50 səhifəsini göz yaşları içərisində oxumuşdum.

Etel Lilian Voyniç "Ovod"

Əsərin müəllifi Etel Lilian Voyniçdir. O, 1864-cü ildə İrlandiyanın Kork şəhərində anadan olmuşdur. Yazıçının bu əsəri ona böyük uğur qazandırmışdır. Əsər ilk dəfə 1897-ci ildə Nyu Yorkda, sonradan isə Londonda çap edilmişdir. Romanda hadisələr XIX əsrin 30-40-cı illərində italiyalıların Avstriya imperiyası ağalığına qarşı qəhrəmanlıq üsyanı fonunda baş verir. Baş qəhrəmanın adı Artur Bertondur. Sonralar o, adını dəyişərək Feliçe Rivares olduğu zaman özünə Ovod (mozalan) təxəllüsünü götürür.

 

Bu onun kilsə əleyhinə yazdığı məqalə və pamfletlərin altında qoyduğu gizli adı idi. Kəskin dillə tənqid etdiyinə görə belə ad seçmişdi. Əsərdən seçilmiş bəzi sitatlar:

 

-Əgər həmişə cilov dartılarsa, dinc at da şahə qalxar.

-Yolun ortasına qoyulan daşın da ən yaxşı niyyətləri ola bilər, amma buna baxmayaraq yene də ortalıqdan yığışdırmaq lazımdır.

-Axı ürək laldır. O səsini çıxara, qışqıra bilmir. O elə həmişə dözməlidir, dözməlidir, dözməlidir.

-Yalnız ən yaxşı çıxış yoludur deyə ölməyə haqqınız yoxdur

-Sevginizə layiq olan qadın...Ona hər gün rast gəlmək olmur.

-Mən öz payıma düşən işi yerinə yetirdim. Ölüm hökmüm də sübut edir ki, bu iş ləyaqətlə yerinə yetirilmişdir.

 

Ovod (Azərbaycan dilində)-Yüklə

27 sentyabr 2013
GO BACK