Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələrindən Firdovsi, Xəyyam, Nizami, Hafis və Fizuli kimi əsərləri bütün dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. O, hələ öz zəmanəsində Hindistandan tutmuş Misirə qədər Yaxın və Orta Şərqin bütün xalqları arasında böyük şöhrət qazanmışdır.
Sə"di təqribən 1184 -cü miladi ilində İranın qədim mədəniyyət mərkəzlərindən biri olan Şiraz şəhərində bir ruhani ailəsində anadan olmuşdur.Sə"di kiçik yaşlarında atası Müsləhəddin vəfat etmişdir. Atasının ölümü Sə"diyə böyük təsir etmiş və atasının xatirəsini unuda bilməmişdir. "Gülüstan" və "Büstan" əsərlərində ki, şerlərin bəziləri buna açıq sübutdur.
Ümumiyyətlə isə kitabı oxuduqca yazılmış kiçik hadisə və o hadisələrə aid serlər insanı özünə bağlayır. Çünki,bu əsərin əsasən tərbiyəvi əhmiyyəti böyükdür. Etik qaydalar, davranış qaydaları kitabda əsas yerlərdən birini tutur.
İnanıram ki, sizdə oxuduqca bu əsərdən böyük zövq alacaqsınız.