Varis Yolçiyev 1966-cı il iyunun 7-də Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. On səkkiz kitabın ("Əsl insan haqqında", "Azərbaycan prezidenti", "Azərbaycan gəncliyi - Azərbaycanın gələcəyi" və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri "Ulduz" jurnalında dərc edilib. 90-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri ("Bir ovuc torpaq", "Tənha yalquzağın nağılı", "Əbədi məhəbbət dastanı", "Səhər heç vaxt açılmayacaq", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar") işıq üzü görüb. İlk bədii kitabı ("Sonuncu ölən ümidlərdir") 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının "Bir ovuc torpaq", 2010-cu ildə "Sənə inanıram", 2011-ci ildə "Yetmiş yeddinci gün" adlı növbəti kitabları işıq üzü görüb.
Bu gün sizlərə Varis Yolçiyevin “Sonuncu ölən ümidlərdir” adlı kitabını təqdim edəcəm. Yazıçının ilk kitabı olan bu romanın mövzusu real həyatdan götürülüb. Demək olar ki, son zamanların ən çox oxunan “Sonuncu ölən ümidlərdir” romanı dramatik, həm də macəra dolu bir sevgi əhvalatından bəhs edir.
Kitabın müzakirəsini tam ixtiyarınıza buraxıram. Hər birinizdən dolğun rəy gözləmək üçün bir neçə gün vaxta ehtiyac olacaq. Oxuyun, daha sonra müzakirələrə başlayaq.Oxuyub tanış olanlar varsa, buyurub fikirlərini bildirə bilərlər.
YÜKLƏ - DOWNLOAD