Qadin.NET / Real insanlardan təsirlənərək yaradılan roman obrazları

Real insanlardan təsirlənərək yaradılan roman obrazları

 

1. John Silver / Dəfinələr Adası

Robert Louis Stevenson ən məşhur romanı olan "Dəfinələr Adası"nda John Silver obrazı real insandan ilhamlanaraq yaradılmışdır. 

Stevenson William Ernest Henley’e yazdığı məktubda bunu etiraf etmişdir: " İndi etiraf edəvəm; Long John Silver səndən təsirlənərək yaradılmış obrazdır."

2. Margarita Gautier / Kameliyalı Qadın

Alexandre Dumas Fils tərəfindən yazılan bu kitabda Kameliyalı obrazına ilham verən insan Marie Duplessis, 1800-cü illərdə Parisdə gözəlliyi ilə hamını heyran edən qadındır. 

 

 

 

3. Daisy Buchanan / Möhtəşəm Gatsby

F. Scott Fitzgeraldin qələmə aldığı romanın filmi çəkilmişdir. Daisy Buchanan obrazı Ginevra King adlı qadından təsirlənərək yaradılıb. İmkanlı ailədə dünyaya göz açan Ginevra 18 yaşında yazıçı ilə tanış olur. Bir-birilərini sevirlər və münasibətləri 2 il davam edir. Amma Ginevra atasının iş ortaqlarından birinin oğlu ilə evləndi və bunu Francisə məktubla bildirdi.

 

 

 

4. Van Helsing / Drakula

Bram Stoker tərəfindən yazılan bu romanında Van Helsinq vampir ovçusudur. Onun bu obrazı hollandiyalı həkim olan Gerard van Swieten’dan ilham alaraq yaratdığını düşünürlər. Gerard batil inanclara qarşı idi və xalqın "vampir hücumu" adlandırdığı hadisələri araşdırmaq üçün şəxsən Moraviyaya gedir.

 

 

21 aprel 2020
GO BACK