Sevgi – böyük hissdir. Öz saatını, zamanını gözləyən böyük, sirli və dərin sığınacaq. Xalid Hüseyninin 2007-ci ildə dünya miqyaslı bestseller olan "Min möhtəşəm günəş" məhz bu mövzuya aiddir.
Romanın mərkəzində sarsılmış Əfqanıstanın sarsılmış iki qadınıdır. Məryəm–oduqca imkanlı biznesmenin qızıdır. O, hələ uşaq ikən bədbəxtçiliyin və yalnızlığın nə olduğunu başa düşmüşdü. Leyla isə əksinə, xoşbəxt və maraqlı gələcək arzusunda olan, ailənin sevimli qızıdır. Onlar ayrı-ayrı dünyaların insanlarıdır və aralarında ortaq heç nə yoxdur. Əgər müharibə olmasaydı həyatlar heç kəsişməzdi (elə burada «müharibə olmasaydı» şeirini xatırlayıram). Məhz hadisələrin belə gedişatından sonra onlar qırılmaz bağlarla bir-birilərinə bağlandılar. Bəs yaxşı, onlar kimdirlər? Düşmən, rəfiqə yoxsa bacı? Obyektiv reallıq isə odur ki, bir-birilərindən ayrı onların orta əsr despotizmi şəraitində sağ qalmaq şansları yoxdur. Onlar birlikdə bir çox iztirablardan keçəcəklər. Onlar birlikdə nə vaxtsa arzuladıqları xoşbəxt gələcəyi arzulayacaqlar. "Min möhtəşəm günəş" qəlbləri kədərdən və sevincdən sarsıdan, olduqca güclü, dramatik və lirik əsərdir.
Təəsüratlarım, fikirlərim və məsləhətlərim: Bu kitab haqqında yazmaq üçün monitor qarşısında oturanda uzun müddət fikirlərimi toplayıb nə yazacağıma qərar verə bilmədim. Xalid Hüseyni zorakılıq, işgəncə, ölüm, bir sözlə, yaxınlığımızda olan müharibə və qəddarlıq haqqında o qədər gözəl yazır ki. Bəlkə də bir az sərt çıxa bilər, amma qoy deyim. Çoxlarımız bu haqsızlıqları, əclaflıqları görməməzlikdən gəlirik. "Mövzunu dəyişdiririk". Milyonlarla insanlar üçün müharibə yeganə anlayışa çevrilib. Onların başqa dünyaları onsuz da yoxdur. Belə kitablar haqqında bir yox, onlarla yazı yazmaq olar. Odur ki, Xalid Hüseyninin kitabları bizə xəbərlərdə eşitdiyimiz, gördüyümüz epizodların həqiqi simasını göstərir.
Qadınlara münasibət: Bəziləri kitabı oxuduqdan sonra elə düşünəcəklər ki, «ay camaat, baxın, baxın, görün orta əsrlərdə olan zorakılıq və qadına olan təhqiramiz münasibət bu gün də "İslam"-da var. Bu xüsusiylə qeyri-islam ölkələri üçün aiddir. İnsanlar bu hadisələrlə İslam dinin günahlandıracaqlar, halbuki, bütün bu baş verənlərin zərrə qədər də İslamla əlaqəsi olmadığını öyrənsələr, utandıqlarından yerə girmək istəyərlər. Öz zavallı pul, varidat, mal-mülk və hökmranlıq etmək istəklərini gerçəkləştirmək istəyən «dindar» insanlar, sadəcə və sadəcə şərəfsiz insanlar toplusundan savayı başqa bir şey deyildir.
Emosional kitab: Çətin ki, müasir dünya ədəbiyyatında elə müasir dünyamızın əzablarını göstərən kitabların sayı çox olsun. Oxucuya kifayət qədər emosiya yaşatmağı bacaran və düşündürən, qanını qaynadan kitabdır. Dostlar, Qurani-Kərimdə 17-Əl-İsra surəsində yazılanlarda biz bugünkü dünyanı görürük. O dünyanı ki, belə bir əsərin yaranmasına və on minlərlə insanın həyatına sonuna səbəb olub.
N.İbrahim
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hələ belə evlilik təklifi olmamışdı-BAKIDA-VİDEO
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Bundesliqada XVI tura start verildi
Maskadan istifadə üçün minimal yaş həddi AÇIQLANDI
Erməni rüsvayçılığı: meyitlərini götürmək istəmirlər
MN: “Düşmən cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib”
Uzunömürlülər muzeyi
Hökumət qazla bağlı qərar verdi: rüsum ləğv edildi
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
Yeni tikilən mənzillər ucuzlaşdı, köhnə tikililər isə əksinə
Həftənin ilk iş günü hava necə olacaq?
Bergüzar Korel hamilədir?
Oktyabrın 1-dən minimum pensiya 200 manata çatdırılır - FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 29 mart
Azərbaycanın müdafiə naziri və Baş Qərargah rəisi cəbhədə olublar
Azərbaycan Cənubi Qafqaz ölkələrini geridə qoydu
"Facebook" istifadəçilərinə şad xəbər
Gələcəyimiz hara gedir?
Günün qoroskopu: kredit götürməyin!
Fərqli dizaynı ilə maraq yaradanlar
Azərbaycanda koronavirus testləri evdə ediləcək - AÇIQLAMA
İran parlamenti Urmiya gölü ilə bağlı qərar verdi
Yay makiyajı necə edilməlidir
Dünya bazarlarında neft bahalaşır
Şükrün 3 mərtəbəsi
Şahzadənin əkizləri oldu
Şaxta olacaq
Sadə toyuq kotleti (foto resept)
Roma Papası məhbusların ayaqlarını yudu və öpdü
Yağıntılı, çiskinli hava şəraiti nə vaxta kimi davam edəcək?
Ulduzların mal varlıqları
''Kirpi'' salatı (foto resept)
Bakıda köhnə mənzillər ucuzlaşıb
İranda koronavirusun dərmanı tapıldı
Yaxşı insanı necə sevməli?
Prezident və ailəsi "Şahdağ"da-FOTO
Ata olmaq sənəti: əslində...
Rus qızlarla bacarmadıq
Girovlarımız bu gün azad ola bilər
Əfsanəvi 7 Oskar aparıcısı
4 fincan şizofreniya
Xalın mənası nədir?
“Atiye” üçüncü mövsümündə final edəcək
Qış avatarları
Zəmzəm suyunun faydaları
Bakıda yeni institut açıldı
1 aylıq körpəsinin fotosunu paylaşdı
Qarabağ əlillərinin etirazı
Bu şəxslərə 60 manat pul veriləcək - Əli Əsədovdan MÜHÜM QƏRAR
Xocavəndin işğalından 28 il ötür
- ŞƏRHLƏR