Annotasiya
“Kitab oğrusu” (ingiliscə “The Book Thief”)–Avstraliya yazıçısı Markus Zusakın 2006-cı ildə yazdığı romandır. Roman qeyri-adi şəkildə qurulub, təhkiyə Ölüm tərəfindən aparılır.
Əsərdən seçmələr
1939-cu ilin yanvarı. Almaniya. Nəfəsini dərmiş ölkə. Hələ heç vaxt ölümün bu qədər işi olmamışdı.
Lizel adlı bir qızdan, onun sözlərlə tanışlığından, akkordeon çalan atadan, fanatik almanlardan, yəhudi döyüşçüdən və çoxlu oğurluqdan danışılan əsərdir. “Kitab oğrusu” sözlərin gücü və kitabların ruhu qidalandırma qabiliyyəti haqqındadır.
Əsərdən seçilmiş hissələr
Əvvəlcə rənglər.
Sonra insanlar.
Adətən dünyanı belə görürəm.
Ya da, ən azından, belə görməyə çalışıram.
***
KİÇİK BİR FAKT
Nə vaxtsa öləcəksiniz.
***
ÜMİDVERİCİ BƏYANAT
Xahiş edirəm, narahat olmayın, nə olsun ki, indicə sizi hədələdim.
Bunların hamısı lovğalıqdır – mən qəddar deyiləm.
Mən pis deyiləm.
Mən nəticəyəm.
***
Bunu təsəvvür etməkdə çətinlik çəkirsinizsə, xoşagəlməz sükut təsəvvür edin. Parçaları və qalıqları ilə üzən ümidsizlik təsəvvür edin. Bu, qatarda boğulmağa oxşayır.
***
Orada bütün təbəqələrdən insanlar var idi. Ancaq yoxsullar başqalarından daha tez gözə çarpırdı. Binəsiblər həmişə hərəkətdə olmağa çalışırlar, sanki yerdəyişmə nəyəsə kömək edə bilər. Onlar yolun sonunda köhnə müsibətin yeni görkəmdə onları gözləyəcəyini başa düşmürlər.
***
Boz gün idi–Avropanın rəngləri.
***
Qəbirqazan üçün təlimat:
Yaxşı qəbir qazmaq üçün iyirmi addımdan ibarət dərslik.
Bavariya qəbiristanlar birliyi tərəfindən nəşr edilmişdir.
***
Kitab oğrusunun ilk qəniməti–uğurlu karyeranın başlanğıcı.
***
Öz hekayəsini yazmaq qərarına gəldikdə, öz-özünə sual verdi. Kitablar və sözlər nə vaxt nəyisə yox, hər şeyi bildirməyə başladı?
***
Hər ikinci sözü “Saumensch” və ya “Saukerl”, yaxud da “Arschloch” idi. Bu sözlərlə tanış olmayanlara izah etmək lazımdır. Aydın məsələdir ki, “sau” donuz deməkdir. “Saumensch” qadını sındırmaq, söymək və ya sadəcə alçaltmağa xidmət edir. “Saukerl” (“saukerl” kimi tələffüz olunur) kişilər üçündür.
***
Əminəm, belə insanlarla qarşılaşmısınız. O, birinci cərgədə dursa belə, həmişə fonla qarışa bilirdi. Həmişə bax orada idi. Görünmürdü. Əhəmiyyətsiz və elə də lazımlı deyildi.
***
Lüöətdə tapılmayan tərif:
Tərk etməmə–inam və məhəbbətin təzahürü, çox vaxt uşaqlar tərəfindən təyin edilir.
***
Kitabın mənası
Axırıncı dəfə qardaşını gördüyü an.
Axırıncı dəfə anasını gördüyü an.
***
Qadın ütülü yumruqla gedib qapıdakı tüpürcəkləri silməyi əmr edirsə, istədin, istəmədin, gedəcəksən. Ələlxüsus ütü qaynardırsa.
***
Ağzı da “haylhitler” iylənirdi.
***
- Gədə havalanıb,–donquldandı, ancaq həmişə başa düşürdü ki, altı uşağın varsa, belə şeylər mütləq baş verəcək.
***
- Oğul, eşidirsən, qaraya boyanıb küçədə gəzişmək olmaz?
Rudini maraq bürüdü və çaşıb qaldı. Ayı artıq sökmüşdülər və o indi sərbəst şəkildə yuxarı, aşağı hərəkət edə, fikirləri kimi utancaq və qaraqabaq olan oğlanın üzünə dama bilirdi.
- Ata, niyə olmaz?
- Çünki səni apararlar.
- Niyə?
- Çünki qara olmağı istəmək olmaz və ya yəhudi, ya da bizdən olmayan kimsə.
- Bəs bu yəhudilər kimdir?
- Köhnə müştərim qerr Kaufmanı tanıyırsan? Ondan sənin üçün çəkmə almışdıq.
- Hə.
- Bax, o yəhudidir.
- Bilmirdim. Yəhudi olmaq üçün nəsə pul ödəməlisən? İcazə lazımdır?
- Yox, Rudi.–Qerr Ştayner bir əli ilə velosipedi aparırdı, bir əli ilə Rudini. Söhbəti davam etdirməyə çətinlik çəkirdi. Oğlunun qulağındakı barmaqlarını zəiflətməmişdi. Yadından çıxmışdı ki, onun qulağını tutub.–Bu alman və ya katolik olmaq kimidir.
- O. Bəs Cessi Ouenz katolikdir?
- Bilmirəm!–Bu yerdə onun ayağı velosipedin pedalına ilişdi və o qulağı buraxdı.
Bir müddət sakitcə getdilər, sonra Rudi dedi:
- Ata, mən sadəcə Cessi Ouenz kimi olmaq istəyirəm!
Bu dəfə Qerr Ştayner ovcunu oğlunun təpəsinə qoyub izah etdi:
- Bilirəm, oğul. Sənin əla sarı saçların və böyük etibarlı mavi gözlərin var. Belə olduğuna görə xoşbəxt olmalısan, başa düşdün?
***
Oğlan özünü kömürlə qaraldıb dünyanı fəth edən dəli idi.
Qız sözsüz qalan kitab oğrusu idi.
***
Və gərəksiz yerə mənə göstərəcək ki, təsadüfdən təsadüf doğur. Eynilə risk özündə yeni risk, həyat yeni həyat, ölüm isə yeni ölüm gəzdirdiyi kimi.
***
Bilirsinizmi, kimsə alman faşizminin antisemitizmdən, hədsiz coşqun rəhbər və hirsli qoyun millətdən doğduğunu deyə bilər. Ancaq bütün bunlar almanların bir maraqlı məşğuliyyətə məhəbbəti olmasaydı, nəticə verə bilməzdi.
Yandırmaq məşğulliyəti.
Almanlar nəsə yandırmağı sevirdilər. Dükanları, sinaqoqları, Reyxstaqları, evləri, şəxsi əşyaları, öldürülən insanları və təbii ki, kitabları.
***
Demək olar ki, istənilən ümidsizlik kimi hər şey aşkar əmin-amanlıqdan başladı.
***
Xoşbəxt olmağın yolları:
1. “Qəbirqazana təlimat”-ın oxunub qurtarması.
2. Mariya bacının qəzəbindən xilas olmaq.
3. Milad gününə hədiyyə edilmiş iki yeni kitab.
***
Bavariya qəbirqazanlar birliyi adından ümid edirik ki, sizi əyləndirməyə və məzarçı işinin öhdəlikləri, texniki təhlükəsizliyi ilə əlaqədar hər şeyi öyrətməyə müvəffəq olmuşuq.
Dəfn incəsənəti karyeranızda uğurlar arzu edir və ümid edirik ki, kitabımız nədəsə köməyinizə çatacaq.
***
O başa düşdü ki, təxmini bacarmaq həqiqətən bacarmaqdan xeyli asandır.
***
Məgər qorxduğunu boynuna almaq qorxaqlıqdır? Yaşadığına sevinmək qorxaqlıqdır?
***
Məncə, insanların dağıntıya baxmaqdan xoşu gəlir. Qum qalaları, karton evlər–bunlardan başlayırlar. İnkişaf bacarığı insanın böyük məharətidir.
***
Yaxşı oğruya çoxlu müxtəlif keyfiyyət gərəkdir. Gözə çarpmamaq. Ədəbsizlik. Diribaşlıq. Amma hamısından vacibi axırıncı tələbdir.
Bəxti gətirmə.
***
Heç kimin bəxti bir ildə iki dəfə gətirə bilməz, hələ bir gündə demirəm.
***
Barmaqlarından çemodan, dəmir, “Mənim mübarizəm” və yaşama iyi gəlirdi.
***
Şillə yeyib gülümsəməyin nə olduğunu təsəvvür edin. İndi təsəvvür edin ki, bu sutkada iyirmi dörd saat davam edir. Bu elə yəhudini gizlətmək demək idi.
***
Ölümün də ürəyi var.
***
Torpağın altında, Almaniyanın Münhen şəhərində iki nəfər zirzəmidə dayanıb söhbət edirdi. Lətifə başlığına oxşayır:
- Bir sözlə, zirzəmidə alman və yəhudi oturub…
Lakin bu lətifə deyildi.
***
Deyirlər, müharibə ölümün ən yaxşı dostudur. Ancaq başqa nöqteyi-nəzər təklif etməliyəm. Müharibə mənim üçün imkansız bir şey tələb edən yeni rəis kimidir. Arxamda durur və dayanmadan bir şeyi təkrar edir: “Edin, edin…” və tər tökürsən. Yerinə yetirirsən. Rəis isə minnətdarlığını bildirmir. Daha çoxunu istəyir.
***
Ürək hələ titrəyirsə, əlləri isitmək çətindir.
***
“Sonuncu qərib insan”. Lizel kitabı rəfdən çıxaranda o sakitcə nəsə pıçıldadı. Toz oyandı.
***
Əlbəttə, müharibədə öldürürlər. Ancaq yanında yaşayıb nəfəs alan birini öldürürlərsə, torpaq həmişə ayağının altından qaçır.
***
Səndən oğurlananı oğurlamaq. Ləzzət edir, düzdür?
KKO
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR