Qadin.NET / Cecelia Ahern - P.S. Mən Səni Sevirəm

Cecelia Ahern - P.S. Mən Səni Sevirəm

 

Cecelia Ahern - P.S. Mən Səni Sevirəm

 Bugün sizə Avropa məhəbbət romanlarının yeni ulduzu Cecelia Ahernin debüt romanı olan“P.S. Mən Səni Sevirəm” haqqında yazmaq istəyirəm. Dünya şöhrətli bestseller olan bu kitab əlli dilə tərcümə olunub və satışa çıxan kimi Britaniya reytinqlərində “Dav Vinçi kodu”nu ötüb.
İlk növbədə istərdim Cecelia Ahern haqqında sizə bir qədər məlumat verim. Onu deyim ki, solda gördüyünüz şəkildəki kimi xanım yazar həqiqətən də çox gözəldir.

Sesilia Ahern 30 sentyabr 1981 təvəllüdlüdür. Yəni tərəzi bürcüdür. Hal-hazırda 31 yaşı var. O, həmçinin İrlandiyalı baş nazir Berti Ahernin qızıdır. Sesilianın böyük bacısı Georgina Ahern isə İrlandiyalı “Westlife” qrupunun üzvü Nicky Byrne ilə evlidir. Yeri gəlmişkən onu da qeyd edim ki, Sesilia özü 2000-ci ildə “Eurovision” mahnı müsabiqəsinin İrlandiyadakı rəsmi finalında 3-cü yeri qazanan “Shimmy” pop qrupunun üzvü olub.

 Cecelia Ahern - P.S. Mən Səni Sevirəm

 

2009-cu ildə qız anası olan Sesilia 2012-ci ilin mart ayında 2-ci uşağına hamilə olduğunu da təqdiqləmişdir.

 Sesilia yazıçılıq fəalliyyətinə isə 2004-cü ildən başlamışdır.  Bundan qabaq o Dublində Jurnalistika və media kommunikasiyaları ilə bağlı təhsil almışdır.

2002-ci ildə, 21 yaşlı Cecelia Ahernin ilk romanı “P.S. Mən Səni Sevirəm”i yazdı. 2004-cü ildə isə bu kitab nəşr edilmişdir. Beləliklə də nəşr edildiyi gündən romanİrlandiyada 19 həftə ərzində, Birləşmiş Krallıqda, ABŞda, Almaniyada və Hollandiyada 1 nömrəli bestseller olmuşdur. 50 dilə tərcümə edilib 40-dan çox ölkədə satılmışdır.

Roman  sevginin ölümdən güclü olması haqqında müasir bir hekayətdir. 30 yaşlı bir qadın, yəni Holli 7 il əvvəl ailə həyatı qurduğu sevimli həyat yoldaşı Cerrini beyin xərçənginə görə əbədi olaraq itirir. Bu ani ölümün ardından Holli depressiyaya düşür və hamıdan uzaqlaşaraq öz evinə qapanır. Bu müddətdə o həyat yoldaşı ilə olan xatirələri yada salır. Bir yerdə olarkən xırda şeylər üstdə olan mübahisələrə görə heyifslənir, sevdiyi insanla niyə daha çox yaxşı vaxt keçirmədiyinə təəssüflənirdi.Amma bir gün qəfildən Holli içi məktublarla dolu bir bağlama alır. Sən demə həyat yoldaşı qısa zamanda həyat ilə əbədi vidalaşacağını bildiyi gündən Holli üçün məktublar yazıb. Amma Cerinin bir şərti var idi: Holli hər ay məktublardan birini açıb oxumalı idi. Əgər hansısa məktubu vaxtından qabaq açsa Cerri bunu görəcəyini və Hollini bağışlamayacağını qeyd etmişdi.

 Beləliklə Holli hər ayın birini yeni bir məktubu oxumaq üçün böyük səbirsizliklə gözləyir və orda yazılanlara ciddi şəkildə əməl edirdi. Məktubların köməyi ilə artıq Holli həyata qayıdıb rəfiqələri ilə görüşür, ailəsi ilə tez-tez şam yeməyi yeyir, insanlarla münasibətin yaxşılaşdırmışdı.

Yəni kitabı oxumaq istəyənlər üçün onu deyim ki, həm hüzünlü, həm də bir qədər gülməli kitabdır. Kitabda bir-birindən fərqli xarakterlər olduğu üçün bir-birindən maraqlı hadisələr də baş verir. Kitab öz sadə dili ilə insanı yormur.

“P.S. Mən Səni Sevirəm” romanının insanlara verdiyi mesaj odur ki, ölüm hər birimizin yanı başındadır, necə deyərlər hər dəqiqənin öz hökmü var, ona görə sevdiklərimizin yanında olmalı, onların sağlığında qiymətini bilməli, xırda şeylər üstündə bir-birimizi incitməməliyik. Çünki insan sonra birgə keçirmədiyi hər bir xoş gün üçün çox peşmanlıq çəkir. Yəni əgər sevirsinizsə Sevginizi doya-doya yaşayın, dostlar.

 Mən kitab haqqında hər şeyi burda xırdalığına qədər yazmaq istəmədim, amma kitabda Holliyə eşqini etiraf edən də olur. Hollinin ona sevgisini etiraf edən Denielə cavabı isə kitabın sonunda bilinir. Bu dul qadının yeni bir münasibətə başlayacağı yoxsa ömrünün sonuna qədər sevdiyi kişinin yasını saxlayacağı kitabı oxuyanlara sonda məlum olacaq bir şeydir. 

 Cecelia Ahern - P.S. Mən Səni Sevirəm

Düzdür,kitab çox sevdiyi həyat yoldaşını itirən qadın haqqında yazılıb, amma məncə ölüm olmadan da sevdiyini əbədi itirən insanlar var. Onları ayıran isə ayrılıqolur. İllərlə sevgili və ya evli qalıb sonda ayrılan, çox sevdiyi birini, yaxınını itirən insanlar da eynilə Hollinin çəkdiyi əzabları çəkir. Ona görə də mənim fikrimcə bu kitabı oxuyan hər bir kəs hardasa az da olsa bu romanda özünü tapacaqdır. 

Hətta sevdiyindən yeni ayrılan xanımlara da bu kitabı məsləhət görərdim. Cerrinin həyat yoldaşına yazdığı məktublar sanki bütün insanları düşdüyü depressiyadan çıxartmaq gücündədir.

Sevdiyi olan insanlara isə sevgilisi ilə oturub “P.S. I Love You” filminə birgə baxmağı tövsiyyə edərdim.

Filmdən söz düşmüşkən onu da qeyd edim ki, 2007-ci ildə bu roman əsasında Hollivudda Hilari Suonk və Cerard Batlerin iştirak ilə film çəkilib.  Çox zaman kitabı oxuyanların filmdən narazı olduğu görünsə də bu filmi hələ bəyənmədiyini deyən birini görməmişəm. Düzdür, filmdə bir sıra təhriflər var, bunlar isə aşağıdakılardır:

1. Romanda baş qəhrəmanlar Holli və Cerri ikisi də İrlandiyalıdır. Filmdə isə yalnız Cerri İrlandiyalı, Holli və onun ailəsi isə İrlandiya Amerikanlarıdır və Nyu-Yorkda yaşayıblar.

 2. Həmçinin kitabda Hollinin bir neçə doğma qardaşı olduğu qeyd edilsə də filmdə yalnız 1 qardaşı təsvir edilmişdir.

 3. Filmdə William adında bir xarakter oynayır, lakin kitabda belə biri haqqında məlumat ümumiyyətlə  yoxdur.

 4. Bundan başqa kitabda bütün məktubların Holliyə bir paketdə gəldiyi qeyd edilsə də,filmdə Holliyə ayda bir məktub poçt vasitəsilə göndərilir. 

Bu təhriflərə baxmayaraq film romana olduqca yaxındır və Cerrinin məktubları kitabda olduğu kimi eynidir.  Həmçinin kitabın üz qabığındakı şəkildəki obrazlar da filmin baş qəhrəmanların canlandıran aktyorlardır.  

Cecelia Ahern - P.S. Mən Səni Sevirəm

Kitabdan seçdiklərim:

1.       Əgər baş verənlər qanımı qaraltmasaydı, bu, o deməkdir ki, dəlixanaya getmək vaxtım çatıb!

2.       Yumurtadan bir şey çıxmayacaqsa, kürt toyuq kimi oturub qalmaq ən müdrik qərar deyil.

3.       Xatirələr gözəldir, ancaq onların dadı və ətri yoxdur, onlara əllə toxunmaq olmur. Zaman keçdikcə onların zəifləməsi qaçınılmazdır.

4.       Bacı və qardaşlar elə bir-birinin həyatını zəhərləmək üçündür. Bu insanı bərkidir, gələcək sınaqlara hazırlayır.

5.       Bizim gözəl xatirələrimizi qoru, ancaq yenilərini toplamaqdan qorxma.

6.       Sən mənim həyatımı həyat elədin… yox, yox! Sən elə mənim həyatım idin

7.       Ayı nişan al, yan keçsən belə ulduzların arasında qalacaqsan.

8.       - Kifayət qədər xoşbəxt görünürsüz.

      -“Görünmək” və “olmaq” eyni şey deyil.

9.   Həqiqətin gözünə dik bax. Və hər şeyin qaranlığa qərq olunmasına baxmayaraq həmişə işıqlı tərəfi görməyə çalış.

10.  Bəli, bu axşam xoşbəxtəm. Sabah isə səhər açılsın, onda biləcəm. Və elə səhərin açılması özü böyük xoşbəxtlikdir. Hər zaman sevmək və sevilmək ümidilə.

Arzu Quluzadə

19 iyun 2017
GO BACK