Mən 15-yaşında idim.Ailədə 2-uşaq idik.Atam anam hər ikisi ali savadlı insan idilər.Çox xoşbəxt ailəmiz var idi.Düzünü desəm qohumlarımızın çoxu bizim ailəyə həsədlə baxırdılar.
Bir gün atamın ölüm xəbəri gəldi,15-yaşım olsa da dözmək,qəbul etmək ölüm qədər dəhşətli,ağır idi.Nə etməli Tanrıdan olan ömür payı burda sona yetəcəkmiş...
Atamın faciəli ölümündən 4-il sonra anam da bu həyata əlvida dedi,son sözü bu oldu,məni böyük bacıma əmanət etdi və dedi mən atanızı görəcəyəm deyə sevinirəm,bu vaxtsız ölümümə üsyan etmirəm,deyib gözlərini əbədi olaraq yumdu.Bu idi onların əbədi sevgisi....
O gündən bu günə heçnə dəyişmədi,dəyişən təkcə atamla anamın yoxluğu oldu.
Bəzən yuxuda onları görürəm,sarılıram,öpürəm...
Yuxudan ayılarkən,yuxumun təsiri altından çıxa bilmirəm.Dərdlidən hər kəs qaçar deyib atalar.Məndən də hamı qacır,artıq ətrafımda mənə ürəyi yanan azdır,hamı məni qınayır,TƏK SƏN DEYİLSƏN!
Mənim tənhalıqdan deyil,onlarsızlıqdan dözümüm qalmayıb.Hər əsən küləkdən,hər coşan dalğadan onları gətirməyini istəyirəm.
Amma hələ də gözüm yollardadır.Onların qayıtmayacaqlarını bilə-bilə gözləyirəm,gözləyəcəyəm də.
Bunu yazmaqda məqsədim,odur ki,bəzən insanları şeytan azdırır,övlad ya anasını, ya atasını öldürür.ETMƏYİN! İnanın ki,onlarsız yaşamaq ölüm qədər ağırdır.Valideynlər övladın yaraşığıdır.Tanrı ölənlərə rəhmət,qalanlara uzun ömür versin.AMİN.