Qadin.NET / Sevmədiyim bir şəxslə nişanlanmışdım...

Sevmədiyim bir şəxslə nişanlanmışdım...

Əziz xanımlar,həyatda heç kimə etmədiyim etirafı ilk dəfə sizlərə edirəm...

Valideyinlərimin  məsləhəti ilə sevmədiyim bir şəxslə nişanlandım.Beləliklə,nişanlı günlərim başladı.Hər dəfə nişanlım  bizə gələndə nədənsə, mən onunla oturmaq istəmirdim.Çünki  ona qarşı  heç bir şey  hiss etmirdim.

 

 

Bir gün nişanlım bizə gəldi və atamdan icazə alıb  məni  gəzməyə apardı.O,məni tanımaq üçün suallar verirdi. Mən isə  qısa cavablar verərək onunla danışmaqdan boyun qaçırırdım.Danışarkən  belə heç onun üzünə baxmırdım.Beləliklə,  günlər keçdi,  toy  günümüz gəldi çatdı.Mən  isə hələ də  onu sevmirdim , sadəcə olaraq hörmət edirdim.

 

Toy günümüz idi, hamı deyib-  gülürdü ,şənlənirdi,mən isə sevmədiyim bir şəxslə bir ömür boyu yaşayacağım  üçün  sevinə  bilmirdim.

 

O bəy,mən isə gəlinlik kürsüsündə əyləşdik.Birdən o, mənim əlimi ovcuna alıb bərk  sıxdı, sanki nə isə demək  istəyirdi.Elə o an ilk  dəfə onun  gözlərinə baxdım.Sanki ətrafa bir  sükut çökdü.Bayaqdan ətrafı  bürümüş musiqi səsi  kəsildi.Ürəyim  tez-tez  döyünməyə başladı.Bir neçə saniyə göz  -gözə baxdıqdan sonra o, mənə dedi;"Bu  gün  çox  gözəlsən,Dünyanın ən gözəl gəlinisən"

 

 

Qəlbimdə sanki bir fırtına qopdu,utandığımdan yanaqlarım qızardı,elə bil dilim  tutulmuşdu, danışa bilmirdim.Həyəcandan tir-tir əsirdim.Elə o, an  sevginin  nə olduğunu bildim.

 

 

Artıq o  gündən  beş il yarım  keçib  ve yenə də  həmin  duyğularla sevirəm onu, çünki o, bu sevgiyə layiq  insandır.

 

 

Allahım  onu mənə  yazdəğın üçün sənə ömür boyu minnətdaram!

15 avqust 2011
GO BACK