Bir vaxtlar yanımda dindən danışanda tez həmin yerdən uzaqlaşırdım.Mənim üçün o qədər də bir şey ifadə etmirdi ibadət etmək.Həmişə ALLAHIN buyurduqlarını etmişəm.Yalandan,pis işlərdən uzaq olmuşam.Normal bir insan olmuşam əvvəl də indi də.Amma ibadət mənə həmişə çətin görünüb.Daha doğrusu heç fikirləşməmişəm.Oruc tutmuşam amma namaz qılmaq mənə hələ də çatmırdı.Zaman keçdi və ALLAH mənə elə bir sınaq verdi ki,dinin gözəl bir şey olduğunu anladım.Bir ilə yaxın çətin bir sınaq keçirdim.ALLAHIN verdiyi sınaqdan çox şükür onun verdiyi güclə də qalib çıxdım.O qədər lazımlı şeylər öyrəndim ki.O gündən sonra elə deyirdim ki,məndə namaz qılacam....İndi ürəyim onu böyük bir həvəslə istəyirdi amma heç qismət olmurdu.Bir vaxtlar namaz adı gələndə qaçan mən bu gün onun mənə qismət olduğu üçün çırpınan bir insanam.Bu yaxınlarda yuxuda arxa - arxaya dünyanın sonunu,KƏBƏ ziyarətində olduğumu gördüm.Çox adamdan soruşdum elə hamı da namaz qılmağımı mənə məsləhət bildi.İndi ürəyim elə rahatdı ki,inanılmaz dərəcə də.Avqust ayının 1-i Ramazan ayının ilk günündən başladım namaza...İndi namazın vaxtı nə vaxt olacaq ki,mən namaz qılacam deyə gözləyirəm.İndi keçmişi düşünürəm və ALLAHA çox şükür edirəm ki,mənə namaz qılmağı qismət etdi.Hardan hara gəldim.İndi insan fikirləşir ki,insana bu gücü,bütün bu gözəllikləri bəxş edən RƏBBİNƏ həmişə şükür etməlidir.