"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın!
Ailəm məni verəndə mənim cəmi 16 yaşım vardı. Mən istəmirdim, amma düzü onda "yox" da demədim. Ailə qurmağın, evlənməyin nə demək olduğu mənə çatmırdı və mən elə bilirdim ki, mən həmişə ailəmlə yaşayacam, həm də mən tək övladam. Mənə hələ də çatmır ki, biz niyə atamla elə soyuq olmuşuq və o tək övladını niyə zorla ərə verdi. Açığı atamla aramız heç vaxt yaxşı olmayıb, baxmayaraq ki, mən tək övlad olmuşam və atamın vəziyyəti pis olmayıb. Mən ona, o gözümün qabağında anamı vurduğu gündən nifrət edirəm. Elə anlar var ki, hələ də gözümün qabağından getmir. Atamgil məni verdi və mən oğlanla danışmağa başladım. İlahi, o qədər soyuq insan idi ki, özünü sevdirə bilmirdi və ya mən sevmək istəmirdim. Biz 1-2 il nişanlı qaldıq dəfələrlə nişanı qaytarmaq istədim, atam icazə vermədi. Özümü öldürmək istədim, dərman içdim dəfələrlə alınmadı, nə də valideynlərim məni vecinə almadı. Sonra özümü asdım, bunu təkcə anam bildi. Amma mən bərbad vəziyyətdə idim. İp qırılmışdı, mən huşumu itirəndən sonra gözümü açanda ağzımdan qan gəlirdi. Sadəcə dilim dişlərimin arasında qalıb kəsilmişdi.
Anam bildi, mən bir müddət oğlanla danışmadım, sonra yenə danışmalı oldum. Bir gün həmin oğlanla münaqişə etdik və mən nişanı qaytaracağım dedim, nömrəmi qırıb atdım. Atam dedi ki, mən nişanı qaytarsam özünü öldürəcək. Yəni əlim-qolum bağlandı və axırdı ailə qurdum. Ümid edirdim ki, hər şey düzələr, amma hər şey günü-gündən mənfiyə gedirdi. Elə bil cəhənnəmdə yaşayıram. Heç cür öyrəşə bilmirəm, artıq bir ildi, mən hələ də oğlana nifrət edirəm. Üzr istəyirəm, ifadəmə görə hər gecə o mənə yaxınlaşmaq istəyəndə məni qəhər boğur, sanki mən hər gecə o gün ki, kimi ipdən asılıram. Qaynanam da həmçinin, burda yaşamaq mümkün deyil. Başa düşürəm ki, ağır psixoloji problemlərim var. 3 il ərzində ailəm gördü ki, onları yaxşı insan deyil, amma heç bir tədbir görmədilər. Mənim valideynlərim 4 ildi gözü kor, qulağı kar yaşayırlar, mənə cəhənnəmə atıb. Mən mənəvi əzab çəkirəm, hətta fiziki əzab da çəkirəm, amma gedəcək yerim, sığınacağım ata qucağım yoxdu. Dərdləşməyə heç kimim yoxdu, istədim ki, dərdimi sizinlə bölüm. Uşağım yoxdu. Müalicə götürdüm, amma yenə olmadı. Deyirəm, bəlkə də Allahın mənə yazığı gəlir və övlad vermir. Heç mən də istəmirəm, açığı nifrət dolu bir ailəyə uşaq doğmağı. Mən bəlkə də yaxşı ana olmaram bu psixologiya ilə...