8. sinifin ilk günü idi. Sinifə təzə uşaqlar gəlmişdi. Qısa müddətdə onlardan biri sinifin ən bəyənilən oğlanı olmuşdu. İstər tərbiyə baxımından istərsə də yaraşıq baxımından bu oğlanda hər şey var idi. Sinifin qızlarının çoxunun ondan xoşu gəlirdi amma mənim heç vecimə də deyildi. Yumru, şirin, gözəl qızam mən də. O vaxtlarda forma yox idui Cicilərimi geyinib gedirəm hər gün məktəbə. Bütün məktəbin oğlanları arxamca sürünür ancaq heç kimə üz vermirəm. Gözəllik məndə, dərslər əla,müəllimlərim hər yerdə mənim tərbiyəmdən danışır yəni bir sözlə neyniyirəm məktəbdə söz olur. Ta bu oğlan da ən az mənim qədər sevilmişdi hamı tərəfindən. Bir müddətdən sonra sinif rəhbərimiz mənim ən yaxın rəfiqəmi həmin oğlanla eyni partada oturtdu. Hər zəng onların partasının yanındayam. O vaxtlar nə o mənə fikir verirdi nədə ki mən ona. Rəfiqəm ondan mənə o qədər danışırdı ki, artıq məndə ona qarşı nəsə yarandığını hiss edirdim ancaq heç vaxt bunu qəbul eləmirdim.O mənə yenədə fikir vermirdi. Ona görə qəbul eləsəydim nə xeyri vardı. Sinifdəki hamıya hörməti vardı amma iki uşaqla əsil mənada dostluq eləyirdi. Onlardan biri qız idi, mənim qonşum. Biri də həm parta yoldaşım, həm də hazırlıq yoldaşımdı.
9-da oxuyurduq. Əvvəlkindən daha çox maraqlanırdım onunla. Noyabr ayıydı. Rəfiqəm gəldi mənə dedi ki, o paralel sinifdəki bir qızı istəyir. Heç vaxt onu özümə belə uzaq hiss eləməmişdim. Üstəlik rəfiqəmdən o qıza məktub aparmağını xahiş edib. Oda məndən soruşdu ki, incimərsən? İndiki kimi yadımdadı baxdım gözünün içinə dedim ki, heç vecimə deyil. O, qız bir müddət məktub aparıb-gətirdi. Hər dəfə də açıb oxuyur və bəzi şeyləri mənə deyirdi. Gələndən gözü o qızda imiş. Yıxdı o sözü məni. Bilirdim o qız ona layiq deyildi. Amma nə edə bilərdim ki?Düzəməlli heç salamlaşmazkən çıxıb onun qabağına o qız sənə görə deyil deyə bilməzdimki. Amma özü başa düşüb ayrılmışdı. Heç xəbərim yox idi ayrıldıqlarından. Rəfiqəmə də demişdim ki,onun haqqında mənə bir kəlmə demə. Deyəsən dekabr ayı idi məni müəllimə keçirtdi onun yanına. İnana bilmirdim, amma sevinmirdim də. Nəyə sevinəcəkdim ki? O başqasını sevirdi. O sevgiyə layiq olmayan birini. İlk günlər heç düzgün danışmırdıq. Sonra başladıq yavaş-yavaş danışmağa, deyib-gülməyə. Əslində hərdən fikirləşirdim ki, deyirlər axı bu oğlan vəfalıdı. Əgər sevgisinə qarşı vəfalıdırsa bəs mənlə niyə bu qədər yaxınlıq eləyir? Bir az keçədən sonra o qədər danışırdıq ki, artıq müəllimlər şikayət eləyirdi. Hər zəng o,mən, bir də dediyim iki dostumuz oturub söhbət eləyirdik. O qonşumuz dediyim qız da həmişə məzələnirdi bizlə. Bir gün dedim ki, "elə məzələnmə, istədiyinin qulağına gedər narahatçılıq olar." Mənə qayıtdı ki, o qızla çoxdan ayrılıblar. Sən demə qızın yalanların tutubmuş.Bizim aramız həddindən artıq yaxşı idi. Sinifdəki qızlar mənə elə baxırdılar ki, elə bil onların sevgilisini əllərindən almışam. Görürdüm ki, oda məni qısqanır, üzə vurmur. Yanvar ayının axırı idi. Mən sobanın qabağında durmuşam, qızla söhbət eləyirəm. O oğlan bir də həmin dostumuz olan qız arxa partada oturub, mənə baxıb nəsə danışırlar. Dərsdən çıxanda həmin qızı tutdum, soruşdum ki, bəs mənə baxıb nə danışırdız? And içdirmişdi heç nə demirdi. Səhərlər tək gedirdim məktəbə. Həmin gün blokdan çıxanda həmin qızı gördüm. Mənə dedi ki, axşam yata bilməmişəm. O da mənə and içdirib amma Allah günahımdan keçsin, deyirəm ki, biləsən o səni istəyir. Özü də elə-belə yox. Bir-iki günə özü deyəcək." Onda heçnə demədim. Sevindim amma qorxurdum da. On beş yaşında bir sevginin yükünü qaldırmağa hazır deyildim axı. Həm indiyə kimi o qədər oğlan istəmişdi məni, heç birinə üz verməmişdim. Bir tərəfdən də ailəmə xəyanət kimi sayırdım. Ona heç nə bildirmədim. İkinci gün, coğrafiya dərsi idi. Açdı ürəyini mənə. Başımı qaldırmırdım kitabdan. Dedi ki, mən aldım cavabımı sevmirsən, sevsəydin üzümə baxardın. Məndə qayıtdım ki, fikirləşəcəm. O günün başqa xatirəsi də ilk dəfə iki almışdım. Dərsi öyrənmişdim amma mənə nəsə olmuşdu, danışa bilmədim. O oğlanı sevirdim amma düz bir həftə fikirləşdim və ona hə dedim. Bu başdan demişdim ki, mən başqaları kimi nə danışanam, nə görüşən. Oda qəbul eləmişdi, məni lazım olsa bir ömür gözləyəcəyinə söz vermişdi. Hər şey əla gedirdi. Məktəbin ən qəşəng oğlanı ilə ən qəşəng qızı bir-birini dəlicəsinə sevirdi. Qısqananlar, paxıllığımızı çəkənlər çox idi. Məni tək narahat eləyən onun mənə görə oğlanlarla dalaşması, bir də başqa qızların onun üstündə olan gözləri idi. Yayda cəmi iki-üç dəfə görmüşdüm ya yox. Amma bilirdim ki, həmişə məni qoruyur, həmişə mənim yanımdadı.
10. sinifdə oxuyanda gördüm ki, ona hədsiz dərəcəcdə bağlanırdım.Hər keçən gündə oda mənə daha çox bağlanırdı. Heç yadımdan çıxmır bir dəfə demişdim ki, ürəyim pambıq istəyir. Səhəri gün gördüm ki, düz iyirmi dənə pambıq alıb mənə. Bir az yedik sonra uşaqlara payladıq. Onu heç kim mənim qədər tanımırdı. O çox kövrək idi. Uşaq vaxtı da ailəsində böyük problemlər olmuşdu. Deyirdi ki,"Allaha qurban olum, bu qədər əziyyətdən sonra səni mənə göndərib. Bilirəm günahdı amma hər dəfə namaz qılanda sən gəlirsən gözümün qabağına. Sən olmasan mən ölərəm." Bir müddət sonra ağır gəlməyə başladı bu sözlər mənə. Artıq özüm üçün yox onun üçün yaşadığımı hiss edirdim. Qorxurdum onun mənə daha da bağlanacağından. Neçə illər idiki müalicə alırdım ürəyimdən. İrsən keçək bir xəstəlik var idi. Anamda da olub, onun anasında da. Həkimlər deyirdilər ki, əgər sənin uşaqların da olmağını istəmirsənsə əməliyyat olunmalı idım. Həm əməliyyat olandan sonra artıq dərmanlar, ürək keçmələrim də olmayacaq. Atamgil razılaşmışdı amma mən çox qorxurdum. Uşaq ağlı ilə dedim ki, birdən qalxmaram o əməliyyat stolundan.Onun mənsiz halını fikirləşə bilmirdim.Ən yaxşısı onu özümdən uzaqlaşdırmaqdı. Ayrılaq dedim, sevmirəm dedim onu dəli kimi sevərkən. Baxdı gözlərimin içinə, heç nə demədi, heç soruşmadı da niyə, nə üçün?! Həmin gün dərsdən icazə alıb getdi ve altı ay onun üzünü bircə dəfə də olsun görmədim. Deyirdilər ki, vəziyyəti çox pisdi. Nə yemək yeyir, nə bir yerə çıxır. Mən ondan da pis gündəydim amma dərsə gedirdim. Əvvəlki məndən əsər-əlamət qalmamışdı. Nə özümə baxırdım, nə də dərslərə. Bir gün o həmin ortaq dostumuz gözləri şişmiş bir şəkildə gəldi məktəbə. Soruşdum ki, nə olub? Dedi ki, dünən o özünü öldürmək istəyirmiş, qoymayıblar. Onda elə bir ayağımda taqət qalmadı.Oturdum partaya düz üç dərs ağladım. Sonralar da elə pis gündə idim. Axır aprel-may ayında mən məktəbə getmədim. Apreldə müalicə aldım. May ayında da əməliyyat olundum. O biri iki dostum gəlmişdi yanıma amma o yox idi. Xəstəxanadan çıxandan nə qədər sonra gördüm, arıqlamışdı.Sadəcə salamlaşırdıq. Əslində yenidən başlamaq istədim amma məndən incimişdi. Deyirmiş ki, xəstəliyini desəydi onun yanında olardım. Cəsarət tapa bilmədim onunla danışmağa. Yayda da qardaşım gildə qaldım.Nə o məni görüb əziyyət çəksin, nədə mən onu...
11. sinifdə oxuyurduq.Başqa məktəblərdə. İkimiz də var gücümüzlə imtahana hazırlaşırdıq.Çalışırdım daha onu fikiləşməyim.Ailəm mənə çox inanırdı. Onların inamını yerə vurmama idim. Universitet imtahanını vermişdik. İkimiz də eyni qrupa. Allaha o qədər dua eləyirdim ki, eyni yerə düşək. Bəlkə yenidən hər şeyi başlaya bilərik. Onu hələ də sevirdim. İkimizdə girdik amma başqa sahələrə. Hərdən görürdüm onu. Kökəlmişdi, qəşəngləşmişdi. Həm oxuyur, həm de əmisi xəstə olduğu üçün onun şirkətində müdürlük eləyirdi. Doğru ya yalan mənə deyirdilər ki, ürəyini ikinci kursa qədər heç kimə açmayıb. Mənim də o vaxta qədər həyatıma heç kim girə bilmədi. İstəyənim çox idi. Özgələrindən əlavə xalam oğlu, əmim oğlu, atamın dostunun oğlu da məni evlərinə gəlin aparmaq istəyirdi. Özüm də getmirdim, ailəm də deyirdi ki, sən istəməsən ömür boyu vermərik səni.
Ondan neçə il sonra həyatıma biri girdi indiki yoldaşım. Mən yoldaşımla təzə tanış olanda eşitdim ki, o başqasıyla nişanlanıb. Əslində onun üçün sevinirdim.Deyirdilər ki, çox yaxşı qızdı. Görəndə də demişdim ki, Allah xöşbəxt eləsin. Hələ incimişdim ki, məni niyə nişana çağırmayıb. Mənim yoldaşım məndən bir kurs yuxarıda oxuyurdu. Heç tanışdığımızdan dörd ay keçməmiş mənim razılığımla elçisini göndərib, sözümü aldı. Yoldaşımla gedirdik nişana paltar almağa. O dedi ki, bəs bacımla nişanlısı da gələcək. Mənə nə zərəri vardı ki, gəlsinlər dedim. Baldızımla nişanlısı maşından enəndə həqiqətən donub qalmışdım. Baldızımın nişanlısı həmin o oğlan imiş. Amma nə o bir şey dedi nə də mən ona. Sadəcə sinif yoldaşı olduğumuzu dedik.Nişanım oldu sonra yoldaşım əsgərliyə getdi gəldi evləndik. Bizdən sonra onlar evləndi. İndi alt-üst qonşuyuq.Yoldaşımı da çok sevirəm. Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...