"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın!
"Salam. Xahiş edirəm paylaşın və oxuyan hər kəs fikrini yazsın. Anam çox əziyyətlə məni oxutdu. Tələbəliyim bir çox tələbələr kimi vitrindəkilərə baxaraq və ya acarkən yemək olmayanda tez yatım, tez yuxuya gedim aclığımı hiss etməyim yaşayaraq keçib. Anam isə tək özü işləyib bacardığı qədər təmin edirdi. Kim elçi gəlsə vermirdi. Tələbəliyimin 3-cü ilində yay sesiyası vaxtı mənə yaxın birinin elçi gəldiyini eşitdim. Çünki anam heç vaxt mənə dərslərini oxu demirdi. Mən də bu haqda düşünmürdüm. Amma bilirdim ki, bu insana mən yox desəm də deməsəm də verəcəklər. Çünki elə bir insandır ki, qüsursuz, çox yaxşı biridir. İşi elədir ki, bir necə ərazilərdə, kənd, rayon, qəsəbə yerlərində olur. Gündəlik nə qədər insanla təmasda olur. Pis deyən yoxdur.
İmtahanlarımı uğurla verdim evə gəldim, düşündüyüm kimi hər kəs üstümə gəldi. "Hə de, hə de" yaxşıdır və s. mənsə oğlanın illərdir görmürdüm. İllər əvvəl sevdiyini eşitmişdim, amma heç bir yerdə üzləşməmişdik. Bizə gəldiyi vaxt men tələbə olduğum üçün evdə olmurdum. Məhz bunun üçün oğlanı görüm fikrimi deyəcəm dedim. Nəsə gördüm. Anasıyla gəlmişdi. Bir neçə kəlmə: -"Bizdə alınmaz fərqli düsünürük, xasiyyətimiz tutmaz" dedim. Qəbul etmədi. "Tanıyarsan, danışaq, bax, sonra fikrini de" dedi. Bir neçə gün düşündüm və artıq başımın ətini yeyən "hə de, hə de" deyənlərdən bezmişdim. Nəhayət, hə dedim. Qeyd edim ki, heç vaxt hə deyəcəyim ağlıma gəlməzdi. Sanki bütün problemlər, çətinliklər bu gündən başladı. Nişanadək ailəsi neçə dəfə gəlib gedirdi ki, məni razı salsınlar...Nişan, elçilik heç nə olmadı, amma gəlib gedirdilər. Xeyli müddətdən sonra aylar keçdi. Bircə dəfə həm bayram, həm elçilik, həm nişan bir gündə oldu. Toyu isə qəti etmək fikirləri yoxdur. Artıq 2 ildir nişanlıyam, nə nişandan əvvəl, nə sonra qaynanam heç vaxt mənə bir dənə şey almayıb. Deyəcəksiniz ki, umur?! Xeyr! Sadəcə ətrafda gördüklərim var. Ona görə yazıram.
Çox şükür nişanlım bir başqa ailəmdir. Onu seçdiyim üçün çox xoşbəxtəm! Amma "yox" dediyim vaxtda anası mənə oğlunu tərifləyirdi, "hə" deyəndən sonra isə pisləməyə başladı:-"Pinti, düşüncəsiz" və s. Get-gedə mənə nişanlımın dəyişildiyini deməyə başladılar. Dedim mən ki, ona dəyiş və ya mənim istədiyim kimi ol deyə bilmərəm. Mənim üçün çox yaxsıdır. Diqqətcil, qayğıkeş qat-qat düşüncəli... Sadəcə özünə də qayğı diqqət göstərməyi barədə fikir bildirdim və ikimiz arasında bir problem yoxdur.
Get-gedə qaynanam, qaynatam söz-söhbət yaratmağa başladı və problem yaranırdı. Dindirəndə isə "bizdə elə söz ola bilməz" deyirdilər, toy adını isə tutmurlar... Səbəb isə qat-qat imkanları var. Sadəcə nişanlım qazandığı kimi o birlər qazanmır. Bunun qazancıyla qızlarını köçürüb, ev-eşik ediblər. Digər oğullarının da ev-iş, həyət, hər şeyi var. Heç nəyə ehtiyacları yoxdur. İndiyə kimi işlədiyini təbii ki, ailəsinə edib, amma bir valideyn düşünməlidir ki, oğlumun yaşı keçir o da ailə qursun, ayrılacaq bir sahəsi və ya evi olmalıdır. Heç nə etməyibler. Adına heç nə yoxdur. Nəyi varsa, qardaş bacılarındır və artıq bizi çox gecikdirdilər. Çox söz söhbətimiz oldu. Toy edək ana-ata deyəndəsə cavabları "bizə get 10 000 pul gətir toy edək". Bir- iki dəfə alıb yenidən öz keflərinə xərclədilər. Dedilər:- "Yaxşı da edəcəyik. Qoy bacılarına, qardasına onu edək, bunu edək. Sən böyüksən, onlara kömək ol". Buna kimi oldu.
Bir gün ağır, çox ağır faciə yaşadıq. Nişanlım qəzaya düşdü. İlahi həyatım söndü. Qurduğumuz xəyallar... Sanki gözümü açandan yanımda olub. İkimiz bir insanıq. İki il nişanlı olsaq da mən bacardığım qədər sevgi, qayğı, diqqət göstərdim. O da həmçinin çox anlayışlıdır. Allaha şükür yenidən həyatdadır, yanımdadır.
Aylarla xəstə yatdı, amma hansı anadan danışım? Övladını xəstə halıyla buz kimi otağa atan anadan? Ayağa dura bilməyən övladı gücünü yığaraq özü ayağa dururdu. Nə qardaş, nə bacı, heç biri baxmırdı. Yalandan gözlərin suyunu axıdırdılar. Ana isə hələ də anlaya bilmirəm, bir ana öz canından olan parçaları övladlarını bir birindən necə ayıra bilər? O oğul ki, ata-anasına baxıb, (baxmalıdır, borcudur) bacılarını köçürüb, ən bahalı ev, maşın, cehizlər, hər şey edib. Sadəcə istifadə ediblər. Xəstə düşəndə isə heç baxmadılar. Nişanlım artıq hər şeyi daha da gözləriylə görərək qəlbi qırıldı. İstifadə edildiyini başa düşdü və işləyib özümüzə isti, səssiz, mehriban bir ailə qurmaq istəyirik. Ailəsi yenə qarşıdı ki, qazan biz ver. Sən böyüksən, bacı-qardaş, ailən və s sən etməlisən. Halbuki, evdə heç kim, nə böyük, nə balaca saymır. Nə etsələr gizlədirlər. Axırda üstü açılır və indi də səni nişanlın öyrədir, yəni mən öyrədirəm kimi sözlər işlədirlər. O isə onları başa sala bilmir. Mən işləyirəm. Təhsilim bitib. Qaynanam, qaynım, baldız istəmirdilər ki, mən işləyim. Müəlliməyəm. Nişanlımla işlərimiz yaxındır. Bir gedib, bir gəlirik. İşimiz kənar yerdədir deyə ailəsi daha da qarşıdır. Artıq sayları artır. Baldızım hələ öz evində dolanmır. Gündə "Boşanıram- boşanıram" deyir. Hələ gəlib ailəmi qatır gedir. Mən nə qaynanamla nə baldızımla dalaşmamışıq, nədə ki, onlar mənlə dalaşmayıb. Baldızım arada bir söz atıb edir. İndi də deyirlər ki, "bizi nişanlının ayağına verirsən. Qələt edir" və s. Mən hələ o evə getməmişəm haqlarında heç bir şey deməmişəm. Nə xəstə olanda, nə şad gülnərimdə yanıma gəlməyiblər. Başqaları soruşanda bəhanələr demişəm. Heç kim heç nə bilmir. İndi sadəcə hər şeyi sıfırdan başlayıb. İşləyib, pul yığıb ev, toy və s. edəcəyik insAllah. Allahın köməkliyilə sizdən xahişim bu qədər geniş yazdım. Nişanlımı əvvəldən ailəsi soyuq davranır. Xəstələnsə də, yerdə yatsa da baxmırlar, sanki övladı deyil. Nə onu, nə məni görmək istəmirlər. Mənə özləri heç nə demir. Qaynanamla yaxşıyıq. Aramız normaldır, amma bir şey olan kimi səni gəlin öyrədir deyirlər. Mən ki, qazan mənə ver, ya ailəmə ver demirəm ki. Hələ az işlə, özünü qoru. O cür qəzadan çıxmısan bir çox problemi var. Anası bu müddətdə ona bir qəpik də vermədi ki, işləyirsən, amma qızlarına dörd- beş min verir. Hele oğullarına... Bir tək nişanlıma gələndə göyərir. Deyir hara getsən qazanacaqsan", amma imkan vermirlər ki, özünə bir şey etsin. Dünya malını, pulunu, var-dövləti bizim xoşbəxtliyimizdən üstün tuturlar. Hər kəs fikrini yazsın. Baldızım da, qaynanam da nə desə də heç nə demirəm. Hələ ki, o evdə gəlin deyiləm, amma getməyə belə qorxuram. Yaxşı ki, nişanlım başqa bir aləmdir. Xahiş edrəm siz də belə övlad ayıran analar görmüsünüz, sizcə niyə istəmirlər? Axı bu qədər söz-söhbət niyə olur?
Xahiş edirəm, paylaşın. Sağ olun!"