Qadin.NET / ETİRAFLAR - "Maşın sürən qadınların dərdi"

ETİRAFLAR - "Maşın sürən qadınların dərdi"

"Xəyalə Murada Etiraflar" layihəsi üçün yeni qəbul edilmiş anonim etirafı sizin ixtiyarınıza verirəm: 

ETİRAFLAR - "Maşın sürən qadınların dərdi"

"Dərd desəm, problem desəm bilmirəm. Mentalitet adı ilə müzakirə edə bilərsiz. Ancaq canımı yandıran bu məsələni deməliyəm. Kişilər şalvar geyinir deyə biz qadınlar, qızlar şalvar geyinəndə danışdılar. Amma əlimizdən ala bilmədilər. Bilməzlər də. Qısa saç daki o da bizdə. Bu da tədricən qəbul edildi. Qaldı qısa "şortik", mini ətək və maşın mövzsu... 

Mənim dərdim bunların üçüncüsüdür. Bir ildir maşın sürürəm. Üç il əvvəl nə vaxtsa maşının olacaq sürəcəksən desəydilər, gülüb keçərdim. Amma bir ildir ki, maşın sürürəm. Burda qəribə, gülünc, ələ salınacaq səbəb görmürəm. Lakin ağzının şirəsini tuta bilməyən kişilər var ki, "Ərli qadın maşın sürməz" deyib söz atır, siqnal verir, yolumu dar edirlər. 

ETİRAFLAR - "Maşın sürən qadınların dərdi"

Otuz yaşım var. Bir qızım var. Onun dərsi, rəqsi, hazırlıqları, gəzintisi hər bir şeyi maşın sayəsində çatdırıram. Maşınsız bu vaxta qədər necə çatdırdığıma özüm də heyrət edirəm. Ancaq anlaya bilmirəm ki, maşın sürməyin evli olub olmamağa nə dəxli var?! Məgər rul arxasında oturub maşını nikah şəhadətnaməsi ilə işə salırıq ya açarla? Düşüncəsiz, mənliyi zəyif bəzi kişiciklər, özlərinə hörmət qoymur deyə maşın sürən xanımları da maşınlara layiq bilmirlər. Onlarla necə mübarizə aparacağımı bilmirəm. Yoldaşıma da demirəm. Bilsə narahat olacaq, ya da əlimə açar verdiyi günə lənət oxuyacaq. Evimə lazımsız söz-söhbət salmaq istəmirəm. 

Deyəcək sözüm çoxdur, ancaq qorxuram açıb ağartdıqca etirafım anonimlikdən çıxar. Ən yaxşısı elə burda sözü kəsə etməkdir. 

Bilmək istəyirəm, görüm, bu axmaq düşüncəli insanlarla təkcə mən qarşılaşıram, yoxsa məndən başqa xanımlar da eyni vəziyyətdədir?"

2 noyabr 2017
GO BACK