Qadin.NET / Yaşadığım möcüzə

Yaşadığım möcüzə

Yaşadığım möcüzə

Daim ALLAHa dua edirəm,şükr ilə.Uzun müddət-təxminən 5 il idi ki,çox sıxıntılı dövr keçirirdim.Səbəbini izah etməyi lazım bilmirəm,amma bu sıxıntılar sadəcə mənim mənəvi dünyamla bağlı idi.Yəqin ki,razılaşarsız mənimlə,5 il heç də az müddət deyil.Vaxt ötdükcə içində olduğum vəziyyət daha da dərinləşirdi.Ümidim isə lap az qalmışdı.İnsan sıxıntılı dövrlərində ALLAHla daha yaxın olur,səhvlərini düzəltməyə,günahlarından təmizlənməyə çalışır.Mən də belə edirdim.5 ilin tamamında 2009cu ilin hardasa,yanvar ayının axırlarında

səhərə yaxın sübh namazı vaxtlarında belə bir hadisə oldu...Hadisə yuxu ilə oyanıqlıq arasında başqa bir sferada cərəyan edirdi...Yatmışdım (məncə),mənim çarpayım düz koridorumuzu görür.Koridordan gələn güclü və qəfil işıq gözlərimi qamaşdırdı.İşıq o qədər Güclü idi ki,gözlərimi aça bilmirdim,və işığın mənbəyini aydınlaşdırmaq üçün yerimdə dirsəklənməyə çalışdım.Birdən işıq qəfil kəsildi.Elə bu vaxt kiminsə,sol çiynimdən məni ehmalla sakitləşdirdiyini hiss eledim.Üzümü sola cevirəndə ağappaq uzun geyimli,üzündə parlaq işıq olan müqəddər biri mənə belə dedi:

-Çox sıxıntı keçirirsən,az qalıb,çox az qalıb.Bir az da səbr elə.Səbr elə,az qalıb.

Təbii ki,nə qədər daha səbr etməli olduğumu bilmək məqsədilə sual verməyə hazırlaşırdım ki,O yox oldu.sonra həqiqətən ayılıb sol tərəfimə baxanda sadəcə lampanı gördüm.Və yatdım.Bu hadisədən bir neçə gün sonra,təxminən 10-15 gün sonra,çoxdandı çox istədiyimə baxmayaraq heç cürə başlamadığım namaza başladım.Bu planlaşdırmadan oldu.Həmin ilin Ramazan ayında oruc tutmağa başladım,bu da planlaşdırmadan refletor olaraq baş verdi.Və orucluğun birinci günü əsl möcüzə baş verdi.

1 iyul 2011
GO BACK