Qadin.NET / Kiçicik etirafım…

Kiçicik etirafım…

 

 

Kiçicik etirafım…

 

Bilirsən, nə istəyirəm? Nə biləsən?! Soruşdun ki?!Soruşdun və mən demədim?!Eh…

Qulağımda qulaqcıq, mahnı dinləyirəm… Bir az oynaq, bir az romantik, hüzünlü… Keyfim dəyişkəndir… Hava da bir yandan təsir edir mənə…

Çox soyuqdur, hamı üşüyür, mənsə üşümürəm… İçimdə elə bir atəş, yanğı var ki, yanır, içimi yandırır, qoymayır üşüməyə… Yandırıram özüm özümü soyuq olanda… Tək özümə güvənirəm… Tənhalığım öyrədib özümlə bağlı hər şeyi…

 

Kiçicik etirafım…

 

 

Tənhalıq deyib ki, yalnız sən varsan, qalanları ötəridir, gəlib keçərlər…

Ürəyimin yerini elə əzbərləmişəm ki… Hər ağrıdığında anlayıram ki, içimdəki insanlığı hələ də öldürə bilməmişəm…

Bir martı sevdim, bir sentyabrı, oktyabrı sevdirmişdin mənə… Sonra nifrət etməyə çalışdım alınmadı… Bir günə görə 10 yaxşı günü necə silim… Hər şərdə bir xeyir vardır, hər xeyirdə bir şər…

 

Kiçicik etirafım…

 

 

Martda tanış olduq, sentyabrda doğum gününü təbrik etdim. Dostlaşdıq səninlə… Sonra isə ayrılığa doğru getdik…

Sussam yaxşıdır. Bəzən susmağı da bacarmaq lazımdır. Haqlı olsam da, susmalıyam…

Bəzən susmaq bir etirazdır, bəzən susmaq bir inqilabdır… Susmaq əslində anlamaqdır və anlanmamaqdır… İnsanları anladıqca, səni anlamırlar…

Həyatdakı düsturlardan biridir. Hansı rəqəmin yerinə hansı hərfi, insanı qoysan, nəticə çox zaman eyni olacaq…

Ən böyük etirafın özü susqunluqdadır. Demək istədiklərini eşitmək istəməyəndə susmaq zəruridir.

Bu qədər sadə…

Susmaq istəyirəm, sadəcə susmaq…

 

Günel Fərhadqızı

2 noyabr 2016
GO BACK