Qadin.NET / Ütüləməyi bacarmır, nə etsin?

Ütüləməyi bacarmır, nə etsin?

Ütüləməyi bacarmır, nə etsin?

Xanımlar, sizə bir tanışımın “Dərdindən” danışmaq istəyirəm. Düşünürəm ki, bu bir çox xanımlarımızın ortaq problemidir. Söhbət şalvar ütləməkdən gedir. Deməli bu tanışım düz 10 ildir ki, ailəlidir. Təsəvvür edin ki, hər həftə yoldaşının ütlənəcək şalvarlarını yığır, uzaq məsafədə olan dərziyə aparır, ütlətdirib, iki saat sonra yenidən eyni məsafəni gedib şalvarları gətirir. Üstəlik körpə uşaqla.

Ütüləməyi bacarmır, nə etsin?

Vaxtilə anası kömək edirdi, indi yaşlı qadın da əl yetirə bilmir, yoldaşı isə işinə görə çox səliqəli geyinməlidir. Əslində yoldaşı bu baxımdan anlayışlıdır, qadına dərziyə aparma mən ütləyərəm deyir. Həqiqətən də lezva kimi ütü çəkir.

Ütüləməyi bacarmır, nə etsin?

Qadın artıq kompleksə düşüb. Özünü yetərsiz hesab edir, psixoloji olaraq işəyaramayan bir həyat yoldaşı obrazında görür. Köynəklərdə bir problem yoxdur, amma məsələ şalvara gəlincə işlər korlanır.  

Ütüləməyi bacarmır, nə etsin?

Əlbəttə mən sakitləşdirməyə çalışıram, guya kişilər öhdələrinə düşən vəzifələri qüsursuz yerinə yetirir?

Elə “zibili at” deyən kimi aparıb atır? Təbii ki, yox. Ona görə də çox da baş sındırmağa dəyməz deyə düşünürəm. Bəs siz necə düşünürsüz? Tanışıma necə məsləhət verə biləsiniz? Bu barədə hansı təcrübələrə sahibsiniz?

7 iyul 2016
GO BACK