Qadin.NET / Həyatın dilemması (həyat hekayəsi)

Həyatın dilemması (həyat hekayəsi)

Həyatın dilemması (həyat hekayəsi)

Bu yaxınlarda inetrnetdə tanış olduğum bir türk rəfiqəmin həyat hekayəsini dinlədim. O qədər təsirləndim ki, sizlərlə də bölüşmək qərarına gəldim. 

Rəfiqəm M. 31 yaşında, 2,5 ildir ailəlidir. Yoldaşı ilə iki il tanışlıqdan sonra sevərək ailə qurublar. Dediyinə görə hələ də yoldaşını çox sevir. 

Hər mövzuda bir-birilərini tamamlayan cütlükdür. Yoldaşının da onu sevdiyinə inanır və hiss edir. Bu zamana qədər aralarında çox az hallarda mübahisə, yaxud dava-dalaş olub, o da xırda məsələlər üstündə. Hər şeyi danışaraq həll etməyə üstünlük verirlər və əsəbi ikən qəti hərəkət etməməyə çalışırlar. Yaşıddırlar. Rəfiqəm öz ailəsinin tək qızıdır, yoldaşı da öz ailəsinin tək oğludur. Ailələri ümumi mövzularda anlaşırlar və heç bir problemləri də yoxdur. Maddi vəziyyətləri də yaxşıdır, hər ikisinin gözəl bir işi var. 

Həyatın dilemması (həyat hekayəsi)

İndi də gələk əsas problemlərinə. Rəfiqəmin yoldaşı qətiyyən uşaq istəmir və bunu ona yeni söyləyib. Halbuki evlənməzdən əvvəl onlar bu mövzuda söhbətləşib ümumi qərara gəlmişdilər. Daha doğrusu rəfiqəm ağlaya-ağlaya danışdı ki, o sadəcə sual verib ki, uşaq sahibi olmaq istəyirsən, o da istəyirəm cavabını vermişdi. Hətta uşaq istəməyən biri ilə ailə qurmaram demişdi. Buna baxmayaraq yoldaşı onunla ailə qurub, ilk ildə hələ tezdir, bir il gözləyək, ailə bağlarımız yerinə otursun kimi fikirlərlə rəfiqəmi sakit edib. Bu minvalla bir il olub iki il yarım. Yoldaşı rəfiqəmə əsla və əsla uşaq sahibi olmaq istəmədiyini deyib və həmin gündən sonra rəfiqəm böyük depresiyaya girib. Özü elə acı-acı danışırdı ki, "Mən yıxıldım artıq, yenə desəydi ki, bir az gözləyək, yenə də gözləməyə davam edərdim". Ancaq indi ağlamaqdan başqa çarə tapmır. Rəfiqəm yoldaşını istəmədiyi bir şeyə məcbur edə bilmir, amma bu halı ilə rahat ola bilmir. Bir gün oturub sakit-sakit danışıblar, yoldaşı uşaq istəməmək səbəbi kimi bu çətin dünyada yaxşı bir insan yetişdirə biləcəyindən əmin olmamasını göstərib. 

Həyatın dilemması (həyat hekayəsi)

Bu səbəbi rəfiqəm əlbəttə ki, qəbul etməyib, çünki ortada bir xəstəlik yoxdur, uşaq olmasına əngəl olan şərait də yoxdur, yoldaşının göstərdiyi səbəbi tutarlı görməyib. 

Qəribə də burasıdır ki, yoldaşı uşaqları sevir, işi də elə uşaqlarladır. Hələ bir qohum uşağı var, onunla zaman keçirmək üçün ürəyi gedir. 

Ancaq rəfiqəm kədərlidir. Deyir, nə vaxta qədər başqalarının uşaqlarını öpüb oxşamalıyam? Nə vaxta qədər başqa analara həsrətlə baxmalıyam? Necə olur ki, evlənmədən verilən vədlər ailə qurulduqdan sonra yoxa çıxır? Necə olur ki, birtərəfli istəklər anlaşılmır? 

Bütün bu suallarla hər gecə gizli-gizli ağlayır, deyir, dilim lal oldu, qəlbim də yaralı. 

Həyatın dilemması (həyat hekayəsi)

Ən son danışdığımızda həyatımın dilemmasını yaşayıram demişdi. Depresiyaya girdiyini hesab edir. Amma çarəni də heç bir həkimdə görmür artıq, çünki elə özü də həkimdir. 

Əziz xanımlar, belə bir vəziyyətdə rəfiqəm necə çarə tapmalıdır sizcə? Bu həyat hekayəsini saytımız üçün yazdım, bəlkə eyni hekayə yaşayan xanımlar olub. Həm də birlikdə müzakirə edək. 

27 iyun 2016
GO BACK