Qadin.NET / Bu yazını Ağdərə geri alınan günü yazacaqdım...

Bu yazını Ağdərə geri alınan günü yazacaqdım...

Bu yazını Ağdərə geri alınan günü yazacaqdım...

23 il bundan əvvəl Ağdərə uğrunda gedən döyüşlərdə sən də vuruşurdun, 19 yaşlı şəhidim!  Adını yazmıram. Onsuz da 23 il narahat və nigaran ruhunu bir də yerindən eləmək istəmirəm.  İstəmirəm, ağır xəstəlikdən yatağa düşən ananın yarasının qaysağını qopardım.

Şəhid olduğun gün qəbrini ziyarətə gəlirdik. Düzdür, həmişə həmin günə təsadüf eləmirdi. İş-güc, yolun uzaqlığı-bəhanə həmişə tapırdıq. Bu il də bir az tez gəldik. Təəssüflənirdim ki , gec getsəydik cəbhədən xəbərlər verərdim. Daş məzardan baxan gözlərindən öpərdim.

Bu yazını yazmaya bilməzdim. Babamın qardaşı müharibədə itkin düşmüşdü. Həmişə ondan danışardı.

Bu yazını Ağdərə geri alınan günü yazacaqdım...

Cəbhəyə getməyindən, məktublarından, döyüşlərindən... Bizim nağıl bildiyimiz hekayənin sonunda babam kövrələrdi, gözləri dolardı. Qəmli sonluğu dinləməmək üçün hərəmiz qaçıb bir yana dağılışardıq. Bilirəm , məndən sonrakıları da bu yanğı mənim qədər yandırmayacaq. Bu onlar üçün nağıl olacaq. Müharibə haqqında nağıl... babamın nağılı kimi...

Bu yazını Ağdərə geri alınan gün yazacaqdım. Uğrunda Ağdərə kimi qurban getdiyin torpağın Ağdərə kimi geri alındığı gün yazacaqdım. Səbrim çatmadı. Bəlkə də səbrim çatardı. Axı 23 il səbr etmişdim. Qorxdum ki , ömrüm çatmaz. Bağışla, şəhidim !

3 may 2016
GO BACK