Qadin.NET / Hər şeyinlə əzizsən!

Hər şeyinlə əzizsən!

 

Hər şeyinlə əzizsən!

 

İlk baxışda qaşqabağlı, sərt, özündən razı görünüşü var idi. Qəribə bir qorxu verirdi onun baxışları mənə. Amma  gülüşü…

Bir gülürdü ki, insanın bütün əhvalı dəyişirdi. Məşhur yazarın dediyi kimi. Gülüşü cənnətdən bir fragment idi, onun bundan xəbəri yox idi.

 

Hər şeyinlə əzizsən!

 

Belə gözəl gülən birinin gülüşünü qaşqabağının altında gizlətməsi necə də əsəb verirdi adama. Onun əslində belə biri olmadığını hiss etmişdim.  İçimdəki onu kəşf etmək arzusu məndən əl çəkmirdi.  Tanımadığı birinin gülüşünə aşiq ola bilərdimi  insan?  Zaman hər şeyi öz yoluna qoydu bir müddət sonra. O başını belə qaldırıb baxmayan qaşqabağlı adam  mənlə eyni hissləri paylaşmağa başladı.

 

Hər şeyinlə əzizsən!

 

 

Nə yaxşı ki, o sərtlik məni qorxutmadı geri çəkilmədim. Nə yaxşı ki, indi həyatımda o var. Gülüşüylə qaşqabağlı hallarını sevdiyim adam. Tam əks xarakterlərlə tanış olduq, indiysə mən bütöv “O“ olmuşam. Bir qadının ehtiyacı olan şey nə pul, nə ev, nə də maşındı.  Çox zaman qadının ehtiyacı olan yeganə şey kişi tərərfindən sevildiyini bilməkdir deyirlər. Mən deyərdim ki bir qadının həqiqətən ehtiyacı olan şey güvənə biləcəyi  və sevməyinə peşman olmayacağına əmin olduğu kişidir. Sevgi iki gənci birləşdirə bilir, amma  güvən və hörmət iki gəncdən bir xoşbəxt ailə düzəldir.

419 xoşbəxt gün, 10056 yaşadığımı hiss etdiyim saat, 603360  yarı küsülü yarı barışıq dəqiqə, 36201600 nə yaxşıki var deyib şükr etdiyim saniyə. 

Həyatımda var olduğun üçün çox sağ ol ÖMRÜM..

 

2 mart 2016
GO BACK