Qadin.NET / Falçılarda qalan qaynanalar

Falçılarda qalan qaynanalar

 Falçılarda qalan qaynanalar

Salam Qadın.Netin dəyərli xanımları, uzun müddətdir saytı izləyirəm. Bİr çox xəbərlərindən bəhrələnirəm. Bu gün sizlərə bir problemim haqda yazmaq istəyirəm. Ailəliyəm 3 övladım var. 2 qız, 1 oğlan. Ali savadlıyam. Xoşbəxtəm. Məni sevən yoldaşım, sağlam, savadlı övladlarım var. Deyəcəksiniz ki, bəs problemin nədir?!

Qaynanam! Qaynanamın bir xəstəliyi var həyatında kiçik bir problem yaranan kimi falçıya qaçır. Təsəsvvür edin ki, oğlunu bir az kefsiz görən kimi qaçır falçıya ki, oğlumu kefsiz gördüm. Nə isə gedib hansısa falçıya, o da qaynanama deyib ki, gəlinin sizə ailəlikcə cadu etdirib. Sənə cadu edib ki, sən öləsən, qızlarının böşanması üçün cadu edib. Üç baldızım var. Oğluna da cadu edib ki, onu sizdən çox istəsin. Qaynanam evə gəldi, yoldaşımın yanında mənə ağzına gələni dedi. İnanın sadəcə şoka düşmüşdüm. Bu vaxta qədər iynəli sözlərini, hərəkətlərini qulaq ardına vurmuşam. Yoldaşıma qurban etmişəm. Fikirləşmişəm ki, anadır, böyükdür eybi yox.

Falçılarda qalan qaynanalar

Ancaq bu haqsızlığıa dözmək mümkün deyildi. Əsəbdən bütün bədənim əsirdi. Nə deyəcəyimi, nə cavab verəcəyimi, özümü necə müdafiə edəcəyimi belə bilmirdim. Yoldaşım ona qulaq asdı-asdı və dedi: Ana bu dediklərinə sən özün inanırsan? Axı sənin nə işin var mollada, falçıda? Nə isə dəhşətli mübahisədən sonra mən yoldaşımın icazəsi ilə evdən ayrıldım valideynlərimin yanına gəldim. Çünki bir müddət əsəsblərimin sakitləşməsi lazım idi. Yoldaşım ilk öncə çox təkid etdi ki, getmə, ancaq hər qaynanamı görəndə şok yaşayacaqdım deyə çıxdım o evdən. Valideynlərim çox əsəbləşdi, hesab sormaq istədilər. İmkan vermədim, çünki yoldaşım mənim səmimiyyətimə bir an olsun şübhə etmədi. Hər zaman yanımda oldu. Hətta anasını çox qınadı ki, "desən gəlin sözümə baxmır, cavab qaytarır, pintidi, səfehdi və s. başa düşərdim. Sən gəlini gör nədə günahlandırırsan?"

Falçılarda qalan qaynanalar

Artıq 15 gündür ki, atamın evindəyəm. Uşaqlarım da yanımda. Yoldaşım da gəlir- gedir. Evimizə qayıtmağımı istəsə də məni başa düşür. Mən isə o evə qayıtmaqdan qorxuram. Elə bilirəm ki, o evdə məni dəhşətli bir şey gözləyir. Allahım şahiddir ki, mən falçıya nə inanmıram, nə getmirəm. Gedənləri də qınayıram. Allah falçı yanına gedib kiməsə pislik edənlərin cəzasın versin! Bilirəm ki, evimə tez və ya gec getməliyəm. Ancaq necə? Necə edim ki, qaynanama nifrət etmiyim? Axı nifrət etdiyim insanla bir evdə necə yaşayım? Böyük kimi ona necə hörmət edim? 

17 fevral 2016
GO BACK