Üç ildir ailə həyatı qurmuşam. Bir dənə oğlum var. Yoldaşımla bir-birimizi sevib evlənmişik. Anasının məni sitəmədiyini bilmirdim. Qaynanam məni oğluna almaq isəmirmiş. Ona öz bacısı qızını almaq istəyirmiş. Yoldaşım isə bunları mənə qəti deməzdi. Evlərində çox problemlər yaşayıb buna görə. Hətta mənə elçi gəlmədikləri üçün yoldaşım evdən gedib, həyətdə 3 gün karton kağızlar üzərində yatıb. Sonra anası məcbur qalıb bizə elçi gəlib. Nə isə İlk gəldiyim gündən qaynanam mənimlə düz demir. Qaynatam mülayim adamdır. Lakin qaynanama görə o da məni çox da dindirmir və ya qaynanama qarşı qorumur məni. Yoldaşım işdə olarkən məni çox incidir.
Təhqir edir, hər etdiyim işə görə məni danlayır. Lakin yoldaşım işdən gəldikdən sonra dəyişib tamam başqa adam olur. Sanki mənim qədər heç kimi sevmir. İndi yoldaşıma desəm ki, anan mənə bunları deyir inanmayacaq. Demirəm qaynanam ürəyimi partladır. İnan çox istədim məni sevsin. Ananla görüşməyəcəksən" dedi, razı oldum. Anama həsrət qaldım ancaq yenə də dedim bəlkə sevər məni, evdə mehribançılıq olar. Yoldaşım üçün almaq istədiyi bacısı qızını tez-tez zəng edib çağırır ki gəl bizə. Onun yanıda mənə nələr deyir bir bilsəniz... Hiss edirəm ki, istəyir ki, mən özüm bezim qaçım, ayrılım o da hmin qızı alsın.
Ancaq mən yoldaşımı çox istəyirəm. Ondan ayrılmaq istəmirəm. Yoldaşım da məni çox istəyir əgər bilsə mənim bu çəkdiyim əziyyəti məni bir gün orda saxlamaz. Ancaq necə deyim, nə edim bilmirəm? Qaynanası olan xanımlar, sizdən kömək istəyirəm. Mən nə edim ki, bu qadın mənə qarşı bu qədər kobud olmasın. İnanın ki, bir dəfə başımı qaldırıb cavab verməmişəm. Bir evi mənə 3 dəfə sildirib üst-üstə ki təmiz deyil. Yemək bişirmişəm gizllincə yeməyin duzunu artırıb ki, guyə mən belə etmişəm.. O qədər deyə bilərəm ki...