Qadin.NET / Məsləhətlərinizə ehtiyacım var

Məsləhətlərinizə ehtiyacım var

Məsləhətlərinizə ehtiyacım var

Mən 2008-ci ildə məni toy kasetində görüb bəyənən biri ilə nişanlandım. Bilirsiniz evdə hər kəs "yaxşı ailədirlər, pis insan deyil" və s. kimi deyib məni razı saldılar. Mənim 23 yaşım var idi. İlk əvvəllər onu tanıdığıma peşman deyildim. Lakin nişanlı olduğumuz dövrdə bir neçə dəfə yalan danışdığını hiss etdim. Ümumiyyətlə yalanla arası çox yaxşı idi. Bu mənim heç xoşuma gəlmirdi. Bir neçə dəfə ayrılmaq istədim ayrılmadı, şirin dili və yalanları ilə yenə məni razı edirdi. Artıq toy günüm idi. Və mən qərara almışdım ki, toydan sonra üzüyünü özünə qaytarıb ayrılacağam. Toy boyu çox fikirləşdim. İnsanlar oynayır, şənlənir, tort kəsilir, şarlar tökülür bunları mən görmüdüm. Çünki qərarımı düşünürdüm. Qardaşlarımı, anamı düşündüm. Atam hələ mən 3 yaşında olarkən rəhmətə gedib. Bizim cəmiyyətdə nişan qaytaran qızın atasına, qardaşlarına hörmət edilmir, pis münasibət göstərilir deyə bu fikrimi dəyişdim. Dözməlisən, dözəcəksən, bəlkə evləndikdən sonra dəyişəcək dedim. İki il dözdüm.

Məsləhətlərinizə ehtiyacım var

Yoldaşım mənə və qızımıza bir corab almağa "pulum yoxdur" deyərkən rayondan Bakıya qadınlarla görüşməyə gəlirdi. Maqazindən aldığı məhsulların pulunu vermirdi ki, verəcəm. Vaxtında ödəmirdi, maqazin sahibləri evə gəlirdi. Çox utanırdım, çox ağlayırdım. İmkanlı ailə olmasaq da mən belə şeylər görməmişdim. Çox alçalırdım. Mənim və qızımın geyimlərini, uşaq bezinə qədər anam alırdı. 2010-cu ildə evdən bir daha dönməmək üzərə ayrıldım. İndi Bakıda yaşayıram, bacımgildə qalıram. Bacımın yoldaşı mənim görmədiyim qayğısına həsrət qaldığım atam kimi oldu mənə. İşləyirəm, qızıma da namusumla baxıram. İşlədiyim yerdə bir xanım var qardaşı üçün istəyir məni. Qardaşının 1 dənə 3 yaşlı oğlu var.

Məsləhətlərinizə ehtiyacım var

Həyat yoldaşı oğunu dünyaya gətirərkən rəhmətə gedib. Qardaşını mən görməmişəm. Ancaq xanımın dediyinə görə qardaşı məni dəfələrlə izləyib. Axı boşanmış qadınların adı ağır olur, həyatı heç də asan olmur. Qalmışam çıxılmaz vəziyyətdə, qızımın 6 yaşı var. Onu da atasız böyütmək istəmirəm. Ancaq yenə ailə qurmaqdan qorxuram. Keçmişdə yaşadıqlarım məni qorxudur. Ancaq boşanmış olduğum üçün mənə gələn yüngül təkliflərdən də qurtulmaq istəyirəm. Elə bilirlər ki, qadın boşanıbsa artıq o yüngül əxlaqlıdır. Neyləyim? Məsləhətlərinizə ehtiyacım var.

10 oktyabr 2015
GO BACK