Həyatim yaxshıdır, yeni ailə qurmusham, amma kiçik ,eyni zamanda çox böyük bir problemim var. Mən 2 ilə yaxındır atami bir qəzada itirdim. Bunu heç cür qəbul edə bilmirdim indi də qəbul edə bilmirəm getdikcə daha çox darıxıram, faciəvi ölümünü xatırladıqca elə bütün günü ağlamaq istəyirəm. Bunlar öz yerində problemim isə daha da incidir məni. Mən bəzən həyat yoldaşıma atam kimi yanaşıram. Atamla bizim aramızda səmimi münasibət var idi, hətta bacı qardaş kimi olurdu bəzən, imkanı daxilində bizim üçün hər şeyi edirdi hətta imkanı xaricində də. İndi mən yoldaşımı bəzən atamın yerinə qoyuram, onunla bir balaca dalaşan kimi başlayıram ağlamağa. Çünki atamı xatırlayıram, düşünürəmki atam olsa heç vaxt mənə bu sözü deməzdi və ya məndən heç vaxt inciməzdi. Yoldaşımda bəzən görür ağlamağımı bəzən də yox, soruşur ki niyə ağlayırsan xoşbəxt deyilsənki mənimlə???Məndə cavab verə bilmirəm hər dəfə ağlamağmı görməyini istəmirəm axi, qorxuram elə fikiləşər ki ürəyini yumşaltmaq üçün edirəm, axı indi çox qızlar belə edir, ona görə bilmirəm nə edim, onunla dalaşanda o evdən çixan kimi atamın şəkillərinə baxıb bərkdən ağlayıram saxlaya bilmirəm özümü o qədər ağlayıramkı başım ağrımağa başlayır. Normadan çox ağlayıram. Bilmirəm nəyə görə onu atamla müqayisə edirəm, kimsə mənə yardım etsə çox sevinərəm... Nə edim?Məsləhətlərinizə ehtiyacım var.....