Qadin.NET / Qorxmuram

Qorxmuram

Qorxmuram

Qorxmuram

Ürəyimdəki kədərdən,

Qorxmuram,

Yoluma sərilmiş can yandıran daşların üzərindən getməkdən.

Çünki yolum sənsən, yönüm sənsən

Ey gözəllərin ən möhtəşəmi!

Şübhəsiz ki;

Taleyimi yazan sənsən,

Şübhəsiz ki;

Nəfsimi tərbiyə edən sənsən.

Uğrunda yaşadığım, uğrunda can verəcəyimsən.

Bu qədər aşıqkən sənə, sevib də görəmədiyimsən

Bilirəm,

Mənə verdiyin dərdlər, kədərlər.

Hamısı lütfündür mənə.

Allahım,

Bizləri bağışla.

 

Qorxmuram

 

Çünki Sən,

Tövbə edənləri sevənsən,

Ki əfv edənləri daha çox sevənsən.

Mən isə acizəm, zəifəm.

Gedəcək başqa qapım yoxdur.

Yalvaracağım başqa kimsəm yox.

Sən səxavətlilərin ən səxavətlisi.

Kimsəsizlərin kimsəsi.

İçimizdəkiləri tək bilənsən.

Rəhmanın, Rəhimimsən.

İstə, məndən deyibsən. İstə, verim deyibsən.

İstəyirəm, Rəbbim.

Bu an kimin nə dərdi varsa, hamısı uçub getsin. Amin.

Bu dünyada olanlardan mərhəmətini,

Köçənlərdən rəhmətini əskik eyləmə! Amin.

 

21 fevral 2015
GO BACK