Qadin.NET / Səhv etmişəm?

Səhv etmişəm?

Səhv etmişəm?

Salam, bacılarım, əzizlərim, sizə öz həyatımdan yazacağam. Sizcə səhv addım atmışam ki? Xahiş edirəm, fikirlərinizi yazasınız.
Mənim bir sevdiyim oğlan var idi. Biz sadəcə yazışmışıq. Başqaları kimi görüşməmişik, bir-birimizi çox sevirdik. Allaha agah idi. Günlərlə əzab çəkirdim. Ailəmdə anam narazi idi. Günüm göz yaşı ilə keçirdi.

Səhv etmişəm?

Anama bir gün zəng gəldi. Baldızım idi. Məni qardaşına istədiklərini dedi. Şokda idim, nə ər, nə oğlan?! Mən razı deyildim. Allah şahhiddir ki, anam mənə Quran gətirdi, "Əlini qoy, and iç ki, o oğlanla hər şey bitdi və ailə quracaqsan" dedi. Axşama da elçilər gələcəydi. And içdim. Mən buna məcbur idim. axşam atamgil məsləhətləşirdi və məni verdiklərini eşitdim. O gecə yatmadım, düşünürdüm, ruhum çıxmışdı sanki...

Səhv etmişəm?

Başqaları kimi qaçmadım. Özümü öldürməyə çalışırdım, bacarmadım. Çünki bilirdim ki, günahdır... Bundan artıq bir şey bacarmadım. Ailəmin adına ləkə gəlməyindən qorxurdum, atamın sözüdən çıxsaydım, onun gözünə necə baxardım.

Sonra sevdiyim başladi deməyə ki, mən onu pula, var-dövlətə satdım. Əslində isə belə deyildi. Nişanlım varlı deyildi, sadə insan idilər... Mən olanları sildim. Hər şey o gün bitdi. Son məktub belə yazmadım ki, nişanlım görməsin. Onun üstündə çox aramız dəydi nişanlımla, amma sağ olsun, məni anladı.

Səhv etmişəm?
Sizcə səhv etmişəm? Quran sevgidən, hər şeydən üstündür. Qurban olduğum bunu mənə rəva bilmişmiş. Şükr Allaha çox xoşbəxtəm... Bu hadisənin üstüdən 2 il keçir artıq. Mən ailəliyəm, amma o, məni yenə axtarır. Mən nə edim, gül kimi ailəmi necə sevgiyə qurban verə bilərəm axı? Məsləhətiniz lazımdır. Allah sizlərdən razı olsun! 
15 dekabr 2014
GO BACK