Qadin.NET / Onu bağışlamaq olarmı?!

Onu bağışlamaq olarmı?!

Onu bağışlamaq olarmı?!

Valideynlərim mən 2 yaşında olarkən ayrılıblar. Məndən başqa 1 bacım və 2 qardaşım var, ən kiçikləri də mənəm. Anam bizi böyüdüb boya-başa çatdıranacan çox əziyyətlər çəkdi. Özü ac qalıb bizi yedizdirdi, özü yaxşı geyinmədi, amma bizi elə geyindirdi ki, heçkimdən fərqlənmədik. Hamımıza ali təhsil verdi......Kiçik yaşlarımda orta məktəbdə oxuyanda kimsə Atasından danışanda mənə çox qəribə gəlirdi-"Bizdə niyə yoxdu o" deyə fikirləşərdim....İndi 31 yaşım var. Mən ATA kəlməsini ərə gedib övladım olandan sonra işlətmişəm. O vaxtacan o kəlməni nəinki dilimə gətirmək,eşitmək belə istəmirdim...Çünki "o"ndan Atalıq görmədik! Ata deyilən şəxs 1 dəfə də olsun bizimlə maraqlanmadı.     

Mən əsl ATA obrazını öz həyat yoldaşımda gördüm və gördükcə də "o"na qarşı nifrətim daha da artdı.

Hərdən mənə sual verirlər: Gəlib səndən üzr istəsə bağışlayarsanmı?  Mən cavabım-Heç vaxt!

Əzizlərim hisslərimi sizinlə paylaşmaq istədim sadəcə..... İndi siz deyin -Onu bağışlamaq olarmı???

 



 

 

11 fevral 2011
GO BACK