Salam, bilirəm hamınız məni qınayacaqsınız. Nə desəniz haqlısınız, amma qınamadan öncə dinləyin və mənə məsləhət verin xahiş edirəm. Çox carəsizəm. Deməli 1 il yarımdır ki, bir oğlanla bir-birimizi sevirik, çox gözəl sevgimiz var. 1 dəfə də olsun yalanını, xəyanətini görməmişəm və hal- hazırda 3 aydır ki, nişanlıyıq. Mən təxminən 8-9 ay olar ki, işləməyə başlamişam. Çox böyük səhvlər eləmişəm. Xəyanət etmişəm ona, yalan danışmışam. İş yoldaşlarımdan biri mənə otaqda istədiyini edib, bakirəliyimə toxunmamaq şərtiylə, amma səsimi çıxartmamışam. Qorxurdum ki, işsiz qalaram. Xəyanətim 1 deyil, 2 deyil, sonra başqa birinə vurulmuşdum, o da məndən istifadə etdi. Sonra səhv etdiyimizi başa düşdük və danışmadıq. Daha sonra diş həkiminə getdim. Həkim cavan oglan idi. Dişimi müayinə edərkən dodaqlarımdan öpdü, yenə səsimi çixartmadım. Amma inanın heç biri xoşuma gəlmirdi, sadəcə həmin an nə etdiyimi bilmirdim. Həmin vaxt nişanlı deyildim. Sonra nişanlandıq. İnanın indi o qədər peşimanam ki, özümü bağışlaya bilmirəm. Her gün dualar edirəm, Allaha yalvarıram, göz yaşı tökürəm ki, məni bağışlasın, məni cəzalandırmasın. Bunu nişanlıma necə etdim bilmirəm. Sonra anladım səhv etdiyimi.
İndi o qədər əziyyət, vicdan əzabı çəkirəm ki, sözlə başa sala bilmərəm. İndi o qədər qorxuram ki, o qədər peşimanam ki, mən necə ailə quracağam, necə xoşbəxt olacağam, necə yaşayacağam bilmirəm. Allah məni cəzalandırarmı görəsən? Məni bədbəxt edərmi görəsən? Offf düşünməkdən hər gün bir az da ölürəm. Mənim əxlaqsız biri olduğuma qərar verəcəksiniz, bilirəm, amma yaxından tanısanız elə biri olmadığımı görərsiniz. İnanın çox sakit insanam. Başıma nə gəlibsə hamısı sakitliyimə görə olub. Özümü kirli, ləkələnmiş hiss edirəm. Mənə inanan, güvənən birinə bunları necə etdim bilmirəm. Özümü ona layiq bilmirəm. Necə edim ki, özümü bağışlayım mən?...Üstümə gəlməyin xahiş edirəm.