Qadin.NET / Halal pul

Halal pul

Halal pul

İstərdim sizə başıma gələn bir əhvalat danışım və sizdə sonda şərhlərinizdə mənə məsləhət bildiyniz bir yol göstərin:

Yolka salatını hazırlayan gün işdən çıxandan sonra evimizin yanında marketə salatın ərzaqlarını almaga getdim, paltomun cibində isə 98 manat pul var idi. Ərzaqları aldım evə gəldim ki, salatı hazırlayım, yadıma düşdü ki, holland pendiri almamışam. Tez geyinib çıxdım, aldım və pilləkanları qalxarkən səs eşitdim, yerə baxdım gördüm ki, 21 manat qatlanmış şəkildə yerə düşüb. Əlimi cibimə atdım gördüm 70 manatım yoxdu,düzü pis oldum, çünki mən nadir hallarda nəsə itirirəm. Qaranlıq idi, axşam saat 8 idi, bütün bloka, getdiyim yola baxdım, hətta marketdən də soruşdum, çünki yadımda idi ki, kassaya pulu verəndə cibimdən  50 manat və iki 20 manat bir də qalanı 1 manat çıxardım :) Sözün qısası,hər yerə baxdım tapmadım, sonra papa da mənimlə düşdü, fikirləshdim ki, küləkdi, qaranlıqdı, yəqin harasa qıraq yerə düşüb. Ürəyimdə də deyirem ki, "ALLAHım, axı o halal pul idi, niyə itdi? Sonra da dedim ki-Allahım, itib, amma Sən o pulu kasıb bir insanın qarşısına çıxar və qoy bu pul onun bayram ruzisu olsun. Mən də bu pulu ona ürəkdən halal edirəm. 

Nə isə ki, pulu həmin gün tapa bilmədim, amma düzü heç elə də pis olmadım. Səhər işə getdim, axşam evə gələndə papa deyir ki,- Nərmin sən demişdin o pul kasıb adama qismət olsun-Deyirəm ki, bəli, demişdim, kimə qismət olub?  Papa da zarafatla deyir özümə :))))))

Deməli belə, papa yol ilə gedərkən görür ki, yerdə nəsə sarı kağız var, üstündə də yarpaq ... Diqqətlə baxır görür- 50 manat. Bilir ki mənim pulumdur, götürür.  Papa deyir ki, həmin yolu 3 dəfə gedib gəlmişdim gün ərzində, gözüm də yola baxıb ki, bəlkə külək hansısa küncə atıb. Pulu qaytarır özümə, həqiqətən şoka düşmüşdüm ki, üstündən 1 gündən çox keçib və küçədə o pulu heç kim görməyib və o pul yenidən özümə qismət olur. Amma 20 manat hələ tapılmır.fellow 

Səhəri gün yenə işə gedirəm, bir də görürəm papa  zəng vurur ki, bəs sən demişdin də o pul kasıb adama qismət olsun da, duzdur? Desəm ki, qismət oldu inanarsan?

Mən də deyirəm qonşudan kimsə tapıb? Əllbəttə ki,halal xoşu olsun. Kasıb adamdır? :))))))-Gülərək deyir hə, çooox kasıb adamdır....Özüm tapmışam yenə :)))

Təsəvvür edirsiz? Elə şokdayam ki:)))))) inana bilmirəm, deyirəm necə ay papa? Deyir pencərədən baxırdım, gördüm evin qabağında gölməçənin üstündə (qonşu həmişə çənin suyunu açıq qoyur deyə balaca gölməçə olur) nəsə yaşıl kağız var, pula oxşatdım. Düşdüm baxdım, gördüm 20 manat :)))))))))
Üstündən 2 sutka keçdikdən sonra o pul yenə də sonda özümə qayıtdı.Çünki həqiqətən o halal pul idi və mən də onu tapan şəxsə ürəkdən halallıq vermişdim.

İndi sizlərdən bir şeyi məsləhətləşmək istərdim-Mənə o pulu ALLAH yenidən qaytardı. Bunun nəsə bir mənası var?


7 yanvar 2011
GO BACK