Qadin.NET / Çarəsizəm...

Çarəsizəm...

Çarəsizəm... 

Əziz Qadın.Netlilər, bu etirafı yazmaqda məqsədim sizdən məsləhət istəməkdir. Çünki indi buna çox böyük ehtiyacım var.

Mən çox yaxşı bir ailədə böyümüşəm. Uşaqlıqdan hər kəsin sevimlisi olmuşam. Məktəb illərində də belə olubdur; məni sevən oğlanlar çox idi. Elə əsas məsələ də bundan başladı.

Bir gün bir oğlan məktəbdə məni sevdiyini dedi. Mən də həmişə olduğu kimi rədd etdim. Amma sonra onunla telefonda mesajlaşmağa başladım. Elə bilirdim mən də onu sevirəm, amma yanılmışam, mənimki sadəcə bir həvəs imiş, başqa heç nə. Ətrafımda olan qızlara baxırdım, mən də istəyirdim ki, sevdiyim oğlan olsun və indi buna görə çox peşman olmuşam.

Çarəsizəm...

Bir gün getdiyim qonaqlıqda bir oğlanla rastlaşdım. Həmin gün sanki həyata yenidən doğuldum. Orada bizi bir-birimizl tanış elədilər. Harda oxuduğumu soruşdu, mən də cavab verdim.

Həmin gündən sonra hər gün oxuduğum universitetə gəlirdi. Bir neçə dəfə yaxınlarımla mənə ismarıc göndərsə də mən heç bir söz demirdim. Hərdən yol gedəndə yolumu kəsir və mənə: "Səndən bir cavab gözləyirəm" deyir, amma heç nə deyə bilmirəm. Amma onu hər görəndə daha çox aşiq oluram, daha çox sevirəm. Məni də çox sevdiyini bilirəm. Çox yaxşı oğlandır. Ata-anası yoxdu, hər ikisi də rəhmətə gedib. Çox sevdiyimi zənn etdiyim oğlana isə ümid vermişəm, ona sevdiyimi demişəm. İndi çarəsiz qalmışam, nə edim bilmirəm. Bir də çox qorxduğum bir şey var ki, əgər indi danışdıqım oğlana desəm ki, "səni sevmirəm", mənim ailəmə və yaxud bizim ailəni tanıyan kimlərəsə deyə. Evdəkilər də bunu bilsə, mənə cəhənnəm əzabı verərlər.

Çarəsizəm...

Qalmışam çarəsiz, hər iki oğlan məndən cavab gözləyir. Amma kimə nə deyəcəyimi bilmirəm. Biri məni sevən, mənim onu sevdiyimi zənn edən, amma belə olmayan, biri isə məni sevən və mənim sevdiyim, onu sevdiyimi bilməyən...

Xahiş edirəm məni qınamayın, mənə məsləhət verin, necə edim mən, mənə kömək edin

8 yanvar 2014
GO BACK