Qadin.NET / Kaş mənim olardın

Kaş mənim olardın

Hələ də sən mənim xəyallarımdasan

Hər gecə xəyallar qurardım. Qurduğum xəyallarda belə menim olmazdın. Səhərə qədər yatmağa qoymazdın  məni. Gecə gündüzə qovuşardı, amma mən hələ sənə qovuşa bilmirdim.Bezmişdim artıq acı çəkməkdən və ayrılıqları əzbərləməkdən…Xoşbəxtliyə həsrət qalmışdı ürəyim…Heç cəsarətli ola bilmədim. Yenə də mən səndən xəbərsiz səni sənsiz yaşayıram.Bu qısa sevgimizdə ən gozəl axşamları, ən gozəl sevincləri paylaşdıq.Sevməyi öyrətdin sən mənə.Yaşamağın səninlə gözəl olduğunu göstərdin.. Bircə sən söz vermədin siqareti tərgidəcəyinə.Amma…Amma sonda söz vermədiyin sözləri tutdun.Sevdim mən səni , kimsənin sevməyəcəyi qədər. Yuxularımızı paylaşdıq, bir gecə deyil, gecələrcə yuxusuz qaldıq sevgimiz üçün…Dünyalara sığmayacaq sevgimizi balaca ürəyimizə sığdırdıq.. Ayrı keçən günümüzü yaşanmamış saydıq.Həmişə birlikdə olmalıydıq biz, onda elə gözel olurdu ki, həyat. Sözlər verdik bir birimizə, tutmayacağımızı bilə-bilə…Ayırmağa çalışdılar bizi,kimsə mənim ürəyimi ağrıdan sevdamı düşünmədi.İkimizdən  keçib, səndən ayrıla bilməzdim.Qulaq asmadım heç kimə, ayrılmadım səndən. Çünki, yaşayıramsa, sənin üçün, yaşayıramsa, sevgimiz üçün yaşayacaqdım. Amma sonra sən məni istəmədin, məni sevgimin daşıya bilməyəcəyi,sevgimizə layiq olmayan bəhanələrlə günahlandırdın. Menimsə, səni unutmaq kimi bir problemim heç olmadı ki…. Ama birlikdə olmağıimız üçün problemlərə sinə gəlməyimiz, dünyanı heçə saymğımız boş yerə imiş.Sözümüzü tuta bilmədik. Sevgimiz və bir- birimiz üçün yaşamadıq…Indi ikimiz də başqaları üçün yaşayırıq, sevgimiz də sadəcə içimizdə yaşayır.Mən sənə söz vermişdim sevgimlə və səninlə yaşayacağıma. Sən özün çıxdın həyatımdan.Sevgim hələ yaşayır.Məni öldürdüyün kimi onu öldürə bilmədin. Sevgini öldürmək asan deyil. Sən özün məni tərk elədin…Əslində sən məni tərk etməklə özün özünə cəza verdin… Kiminlə olursan ol,təki xosbəxt ol!…

30 noyabr 2010
GO BACK