Qadin.NET / Ata həsrəti

Ata həsrəti

 Ata həsrəti

 Hamı kimi mən də öz uşaqlığımı keçirdirdim. Mənim üçün ən böyük xoşbəxtlik valideynlərimin yanımda olması idi. "Valideynlərimin məni  heç vaxt tək qoymazlar" deyirdim. Ən çox da atam. Atam mənim üçün bir arxa, dayaq idi. Ata hər qız üçün vacibdir.

Atamla aramız yaxın deyildi. Atamdan qorxmuşam və çəkinmişəm. Heç vaxt onunla oturub söhbət etməmişəm. Aramızda məsafə olub. Atamın heç vaxt məni tərk edib gedəcəyini fikirləşmirdim.Ta ki, avqustun 14-nə kimi.

Ata həsrəti

Etməsin heç kəsi qoy Haqqu-Təala atasız
Yoxdu beş günlük olan ömürdə məna atasız.

2007-ci il avqust ayının 13-ü idi. O vaxt mənim 14 yaşım vardi. Atam işdən evə gəldi. Birinci dəfə idi ki, atamla dalaşdım. Kitab üstündə. Mən qışqırırdım, amma atam isə mənə baxıb gülürdü. Səhərisi gün işə getdi. Günorta ölüm xəbəri gəldi.

Atam məni tərk etmişdi. Bu dünyada tək qoymuşdu. Xəbəri eşidəndə qolum-qanadım sındı. Atamın çiyinlər üstündə son dəfə evə gəlişi… Heç vaxt yadımdan çıxmır. Atamın dəfni bibimgildə oldu. Atamın hərəkəti gözümün önündən ,danışığı, səsi qulağımdan getmirdi. Axşam olurdu, atamın işdən gələn vaxtı qulağım səsdə olurdu. Atam qapını döyəcək və pis yuxudan duracam. Günlər keçdikcə onun yoxluğuna dayanmaq çətin olurdu.

Ata həsrəti

Necə izah eləyim mən bu dərin dəryanı
Çünki yazmaqla qurtarmaz bu böyük mənanı.
Neçə dost ilə qohumla sürəsən dünyanı
Ata yoxdursa,
demək boşdu bu dünya atasız.

Atam ölümündən əvvəl həmişə deyərdi: "Birinci mən öləcəm".

Axırıncı dəfə evdən çıxanda evə, mənə, bacıma yatan yerdə baxıb, anamı qucaqlayıb gedib. Öləcəyini bilirdi.

Atamla bağlı arzularim urəyimdə qaldi. Nə nəvə üzü gördü, nə övlad toyu görmək qismət oldu. 

Əvvəllər kiminsə yanında ata, ana mahnısı oxuyanda  və ya danışanda ağlayırdılar. Ürəyimdə deyirdim ki, gör neçə il keçib hələ də ağlayırlar. İndi isə özüm eləyəm. Adamın öz başına gəlməyincə qarşındakı insanı başa düşmürsən.

Gərək valideynin qədrini sağlığında biləsən. Öləndən sonra gec olur. İllər keçdikcə burnumun ucu göynəyir. Atamı geri qaytarmaq üçün nələr verməzdim. Allahın qisməti belədir.

Kiminsə valideyni rəhmət gedibsə Allah rəhmət etsin,sağ olanlara Allah can sağlığı versin. Amin!

 

17 avqust 2013
GO BACK