Qadin.NET / Mən neyləyim?

Mən neyləyim?

Mən neyləyim?

Mən olmayacağını bilə-bilə bir oğlana vurulmuşam. Mənim adım Sahilədir.21 yaşım var.Subayam,oxuyub,işləyirəm.Mən iclaslarda gördüyüm,amma qiyabi tanıdığım bir insana vurulmuşam. Ürəyimdə onun mənim yarım olduğuna o qədər əminəm ki,bunu bir Allah bilir. Amma o insan ailəli olub.İndi subaydı.Mən o oğlana zəng vurdum və öz etirafımı etdim.O insan normal qarşıladı,ancaq biz səninlə dost ola bilərik dedi.Mən onunla bir müddət dost oldum,amma alınmadı.Artıq qısqanclıqlar başlayırdı məndə.Bu insan mənə soyuq davranırdıki,mən ondan tamamı ilə əl çəkim.Elə mən belə də etdim,ancaq mən onu görəndə yenə o hissi,yəni onun mənim yarım olacağı hissini keçirirəm.Çox qəribə bir hissdi.Bəlkə də o belə fikirləşmir, amma o mənim qəlbimdə ona necə hisslər bəslədiyimi bilsə bəlkə də o da məni sevər.Və ya məni tanımağa çalışsa bəlkə də sevər.Bəlkə də başqa dünyalarda birlikdə olacağıq amma o mənə çox əziz gəlir.

Mən neyləyim? 

16 noyabr 2010
GO BACK