Qadin.NET / Həyat hekayəm

Həyat hekayəm

Həyat hekayəm
Salam! Özüm haqda qısa bir məlumat yazacam. Məncə bunu oxuyan analar qızlarını zorla ərə verərkən bir qədər düşünməyə vadar olacaqlar. Mənim 21 yaşım var və 4-cü kursda oxuyuram. Bakıda böyümüşəm və biraz oğlan kimi böyüdülmüşəm. Qardaşım var,amma o dərsdə, ya əsgərlikdə olanda hər yerə mən getmişəm. Ona görə də həyat qarşısında elə də aciz olmadığımı düşünürdüm. O günə kimi ki,zorla ərə verildim. Günlərcə ağlamağıma baxmayaraq, heç kim göz yaşlarıma baxmadı belə. Mən zahirən gözəl bir qızam. Amma necə deyərlər adamın bəxti gözəl olsun. 3 ayin içində həm nişan həm toy oldu. Artıq 2 aydır ki evliyəm. Amma necə deyərlər sözdə evliyəm. Mən bu evliliyi hiss belə etmirəm. Yoldaşım 10 günün gəlini deyildim ki,mənim üstümə qışqırmağa başladı. Şəhərin mərkəzində böyüsəm də yaylıq bağlama,həyət süpürməyə məcbur edildim. Bunu mənə qaynanam yox,yoldaşım elətdirirdi. Günün qızmar vaxtında mənə deyirdi ki,həyəti süpür. Heç vaxt yoldaşımın sözünün qabağına söz demədim. Düşündüm ki,məndən böyükdü (13 yaş böyükdü) olmaz,vaxt keçər düzələr. Vaxt keçdikcə evə gec gəlməyə başladı. Saat 3-də ,2-də evə gəlir,mənim yatmağıma baxmayaraq,məni yuxudan oyadır,ya çay istəyir ya da televizoru yandırıb səhərə kimi baxırdı. Sonra da özü günortaya kimi yatır,mənsə səhər tezdən oyanmalı idim. Çünki təzə gəlinəm. Bundan əlavə hər sözünü kobud deməyə,hətta məni döyməklə hədələməyə başladı. Bunlar cəmi 22 günün gəlini olarkən başıma gəlirdi. Həmçinin yataqda soyuq münasibət. Gecələr həmişə düşünürdüm ki,mən bunların hansına layiq idim??? Axı günahım nə idi??? Sevgi dolu bir ailəm olmasını xəyal edərdim həmişə. Mən sevgisiz yaşamağa alışmamışam. Çünki təbiətcə sakit,mülayim və çox səmimi biri olduğumdan hamı məni çox istəyir. Amma nə edirdimsə yoldaşımın sevgisini qazana bilmirdim. Toyumuzun olmasından 1 ay keçməmiş yoldaşım Moskvaya getdi. Hələ də ordadı. Yadına düşəndə zəng edir. Bu da məcburi ərə verilməyin axırı. Analarımızdan soruşuram,siz buna görəmi əziyyət çəkib övlad yetişdirirsiz? İndi mən oxuyuram,mənə pul da göndərmirlər. Paltarımı atam alır,yol pulumu atam verir. Niyə belə olmalı idi? Anlamıram... Heç nəyi anlaya bilmirəm... Sizcə qızı ərə verərkən öz seçimi,öz tanıdığı lazım deyilmi? İndiki zəmanədə tanımadığın insana ərə getmək nə deməkdir bilirsinizmi? Mən hər gün ağlamaqdan yorulmuşam... Sizcə dəyərmi? Böyük sözü dinləyib ərə getməyin axırı belə olur indi... Böyüklər niyə bizə güvənmirlər? Onların seçimi doğrudurmu???
27 sentyabr 2010
GO BACK