Qadin.NET / Məsləhətinizə ehtiyacım var

Məsləhətinizə ehtiyacım var

Məsləhətinizə ehtiyacım var

Əziz Qadın.Netlilər, sizin məsləhətinizə ehtiyacım var.  

Mənim 19 yaşım var, nişanlıyam.  

Nişanlımın həyatda ən nifrət etdiyi şey yalandır.  

Mən bir dəfə ona yalan danışmışdım, belə ki, ondan xəbərsiz bir yerə getmişdim. O bu haqda biləndən sonra məni tam 1 həftə bağışlamadı.  

Bu vaxt ərzində mən ona çox yalvardım, bağışlanmağımı istədim. Nəhayət, məni bağışladı.  

Amma bir şərtlə ki, bir də ən kiçik yalanımı belə eşitsə münasibətimizə son qoyacaq.  

İndi mən hər dəqiqə qorxu içindəyəm. Onu çox sevirəm və itirməkdən qorxuram.  

Onun da məni çox sevdiyindən əminəm, amma yalanımdan sonra mənə olan inamının azaldığını hiss edirəm.

Məsləhətinizə ehtiyacım var

Sizcə, onun mənə olan inamını necə bərpa edə bilərəm?

Digər tərəfdən qeyd edim ki, nişanlım hədsiz dərəcədə qısqancdır. Bəzən hər şeyin onun qısqanclığından yarandığını anlayıram. 

Sizcə, belə bir durumda mən nə etməliyəm?

 Nişanlımın qısqanclığının qarşısını necə ala bilərəm?

Onun mənə bütün qəlbi ilə inanmağına necə nail ola bilərəm?

Məsləhətlərinizə çox ehtiyacım var... 


13 dekabr 2012
GO BACK