Qadin.NET / Məsləhət istəyirəm

Məsləhət istəyirəm

Məsləhət istəyirəm

 

 Mən 8 aydır ki, bir insanı sevmişəm. Təbii ki, hisslərimiz qarşılıqlı olub.  İlk tanışlığımız belə olub: mən iş üçün müraciət etmişdim.  Orada o, mühafizəçi işləyirdi. 1 ildən sonra xəbər tutdum ki, məni görüb bəyənib. Mən  isə "Danışmamış, xasiyyətini bilməmiş bir söz deyə bilmərəm" dedim. Həmin oğlanın 30 yaşı var. Beləliklə, danışdıq, müəyyən qaydalar daxilində bir-birimizi tanıdıq. Həqiqətən çox yaxşı oğlandır. Hər mənada.  

Bir günü valdeynləri onun həyətdə tez-tez telefonla danışdığını görüb. Atası həyat yoldaşına konkret deyib ki, "oğlumuza de, evin axrıncı oğludur. Biz kimi istəsək, onunla da evlənəcək". Atası çox zəhmli, eyni zamanda da gözəl atadır. Bunu onun dediyinə əsasən qeyd edirəm. Bir kəlməsi bəs edirmiş. İndi isə münasibətimiz əvvəlki kimidir, lakin hər ikimiz də bilirik ki, bu iş alınası iş deyil.

Lakin ürəyə hökm etmək olmur. Həm də mən ona çox bağlanmışam. İkimiz də nə olacağını və necə olacağını bilmirik.  Çox xahiş edirəm bizim dəyərli Qadın.Netin komandasından, gözəl oxucularımızdan, mənə bir yol göstərin. Bəlkə bizim qovuşmağımız üçün çıxış yolu var?

Allah heç kimə ayrılıq qismət etməsin Amin!!!

8 dekabr 2012
GO BACK