Qadin.NET / Mən xoşbəxt olmaq istəyirəm

Mən xoşbəxt olmaq istəyirəm

Mən xoşbəxt olmaq istəyirəm

Menim 22yasim var.2,5 ildir aileliyem.1yaşında oğlum var.Ailə qurduğum gundən problemlərlə boğuşuram.Hətta arada həyat yoldaşımla ayrıldıq,barışdıq da.
Mən istərdim ki,bu saytda olan xanımlar mənə öz məsləhətlərini əsirgəməsinlər.


Problemim budur:

Ailə qurduğumdan bəri yoldaşım heç nəyimi bəyənmir.Elə hər məsələdə,təmizlik olsun,qadınlıq olsun,uşaq tərbiyəsi olsun.
Duzdur,mənim də bəlkə çatmayan cəhətlərim vardı,bacarmırdım,axı mən oxuyurdum.Tibb Universitetinə hazırlaşırdım,sonra daxil oldum,daha çox oxumaq,oxumaq...Vaxt yetmirdi evdarlıq işlərini öyrənməyə.Axı indi əvvəlki kimi deyiləm.Təmizlik,yeməklər,keklər,kurabiyələr,börəklər,çeşit-çeşit hər şey bişirirəm.
Amma o qane olmur.Düşünürəm ki, bəlkə yaş fərqimizə görə olur bütün bunlar.14 yaş fərqimiz var.
Sizcə,mən axı ne edə bilərəm.Mənim yoldaşımın sevgisinə,qayğısına ehtiyacım var.Biz hazırda balamın ata-anası münasibətindəyik.Evdə nəsə yerində olmayan kimi söyüşlərə başlayır,ele hey söyür.Dözmək çətindir,axı.Bu hallardan çox qorxmağa başlamısam.mənimçün dəhşətli bir hal alıb.


Hörmətli Qadin.net xanımları, sizlərdən çox xahiş edirəm ki, mənə 30-lu yaşlarda olan evdar xanım necə olmalıdır,səliqəsi,xanımlığı,baxımlılığı,hər şeyi öyrədin.Bildiyinizi əsirgəməyin.
Elə xanımlar var ki,əslində evdarlıqda çox şeyi bilməsə də,şirin dili ilə yoldaşını ovundura bilir.
Mənə onu öyrədin.Mənə hər şeyi öyrədin ki,ailə həyatım qaydasında olsun.İstəyirəm ki,yoldaşım mənimçün darıxsın,arzulasın,məni görmədən qala bilməsin.Bunu necə edə bilərəm?Axı,belə həyatla da yaşaya bilmirəm.Bəlkə sənətimi yaxşı bilsəm,yaxşı bir həkim olsam,onun mənə olan hörməti artar,bunu da bilmirəm.
Nə edim,bilmirəm.Mənə elə gəlir ki,çox avamam,çox qorxağam,bir heç nəyəm.Sizlərdən kömək gözləyirəm,xanımlar.Nə edim axı,mən,nə?

 

Əvvəlcədən hamınıza təşəkkür edirəm!

 

14 sentyabr 2010
GO BACK