Qadin.NET / Bir gəncin məhəbbət hekayəsi

Bir gəncin məhəbbət hekayəsi

Bir gəncin məhəbbət hekayəsi

Onlar 4 ay bundan önce qarşılaşmışdılar . Bir təsadüf neticesində bir- birlerini bəyənmişdilər və sevginin ne olduğunu ilk baxışdann anlamışdılar. Bir muddet beləcə bir- birlərinin sevib xəyallar aləmində xoşbəxt bir ailə qurdular . İlk günlər Lalə Muradla ( adlar şərtidir) görüşməyi qəbul etməmişdi.Sadəcə telefonla görüşüb dərdlərini , sevgilərini bir-birlərinə anladırdılar. Belə bir müddət keçdikdən sonra Lalə Muradla görüşməyi qəbul etdi və görüşdülər. Əhdi -peyman bağladılar ki ömürlərinin sonuna kimi ayrılmayacaqlar. Beləcə hər iki sevgilinin gözəl günləri başlamışdı . Murad hər gün Laləni işə aparır və evə yola salırdı. Bir neçə vaxt keçdikdən sonra Murad Laləyə zəng etdi ki səhər səni işə aparım .Lalə razı olmadı. Amma Murad buna baxmayaraq Laləni işə aparmaq üçün gəldi. Lalə ilk dəfə olaraq Muradın qoluna girib işə yola düşür və iş yerinə az qalmış Muradın üzündən öpür . Murad şoka düşür və sevinci birə min artır, sevdiyi insandan bunu gözləmirdi ,sən demə bu Muradın sevincini yarıda qoyacaqmış. İşdən çıxdıqdan sonra yenə onlar görüşdülər və evə yollandıqdan sonra Murada sevdiyi insandan telefon zengi gəlir . Murad telefonu qaldırır və sevdiyi qizdan biz ayrılmalıyıq və bir daha görüşməməliyik kəlməsini eşidir. Dunya Muradın gözlərində qaralır ,bir saat öncə yaşadığı xoş anlar bir saniyə içində yoxa cıxır. Lalədən ayrılmağının səbəbini soruşsa da, əsaslı səbəb göstərmir və hal hazirda Murad çıxılmaz vəziyyətdədir nə qərar qəbul edəcəyini bilmir.

P.S. Bu hekayə real heyatda mövcuddur. Murad mənə Qadin.Net sayti vasitəsi ilə mailimə məktub göndərmiş və məndən məsləhət istəyirdi.  Hər kəsdən bu gəncə yol göstərməyi xahiş edirəm.


18 avqust 2010
GO BACK