Həyat dedikdə mənim yadıma ilk gələn sual: həyat acımazsızdı, yoxsa insanlar? Məncə hər ikisi. Çünki, yaxşı insan da demək olar ki, çox azdı. Bəs görən niyə? İnsanlar dəyişir, yoxsa həyat? Qalmışam bu iki sualın əlində. Məncə həyatı da dəyişdirən elə biz insanlarıq. Bəlkə də səhvəm. Amma bu mənim fikrimdi. Elə bir həyata təsadüf etmişik ki, həyat insanın canını yandırır. İnsanlar isə yıxılan insan görəndə (bəzi insanlar) pulu varsa əlindən almağa, ya da bir sözlə desək yıxılana balta vurmağa çalışırlar. Bəziləri isə kömək etmək istədikləri insana elə kömək növü təqdim edirlər ki, baxa-baxa qalırsan. Fikirləşirsən. Və 3 -cü sual ortaya çıxır: Rəbbim belə insanlara məni niyə möhtac edir ki? Bir az keçir 4-cü sual ortaya çıxır: Yəqin Rəbbim məni, yaxud da ailəmi seçilmişlərin siyahısına salmayıb. Neyləyək, qismət -deyib keçməliyikmi? Bu bu qədər asanmı hadisədi? Başımıza gələn hər bir hadisəyə, fəlakətə görə yalnız özümüzü günahkar saymalıyıq. Üsyan kimi, başa düşməyinizi istəmirəm. Çünki üsyanım bir tək özümədi. Niyə bu həyatdayam və niyə hər şeyi çəkmək məcburuyyətindəyəm?! Deyəcəksiz insan nədən ötrüdü bəs?....İnsan hər bir şeyi görür, duyur. Yaxşı hər şeyə sahib olduğu kimi də pis hadisələrə də sahib çıxmalıdı. Bunu da başa düşürəm. Hər bir şey insan üçündü. Onda mən deyərdim əyər əlimdə belə bir haqqım olsaydı: dursun dünya. Dönməsin. Səbrim də, dözümüm də yoxdu artıq. Amma heyif ki, sahib deyiləm. San ki, yorğunluq hissi bürüyüb məni. Bəlkə də özüm cavan görsənsəm də ürəyim qocalıb. Dünyada nələr var, nələr. Amma bunları çəkməyə ürək yoxdu. Dedim axı bəlkə də qocalıb. Belə bir xəyallarla yaşayırıq. O gün gələcək hər şey öz yolunu tapacaq. Sizləri bilmirəm, amma mən o günü də gözləməkdən yorulmuşam. Bəlkə də o günü bir gün mən də səbirsizliklə gözləyəcəm. Amma heç inanmıram. Hamımızın yorulduğunda hansısa fəlakətlə qarşılaşdığımızda yeganə qaçış qurtuluş yerimiz bizi yaradan ve bizləri bu sınaqlardan keçirən Rəbbimizə sığınırıq......
Həyat keçir ağlayaraq, gülərək
Çoxları yox dedi ağız büzərək.
Özgə dərdin özümünkü bilərək
Yavaş -yavaş qocalırsan ay ürək...