Qadin.NET / Həyatımı Ona borcluyam...

Həyatımı Ona borcluyam...

 

Həyatımı Ona borcluyam...

 

Bir il əvvəl..Cəmi bir il əvvəl həyatımda hər şey başqa cür idi.Həyatımda elə bir şey, hadisə, insan yox idi ki, ona baxanda yaşama həvəsim artsın.Zövq ala bilmirdim yaşadıqlarımdan.Həyatımın bəlkə də yarısını yaşamış olsam da bu həyatda hələ də özümü tapa bilməmişdim.Məni daha çox üzən bu idi.Özümü başqa bir aləmdə hiss edirdim.Sanki ailəm-öz ailəm deyil, yaşadığım planet özgə planetdir.Hərdən özümə sual verirdim:-“Axı mən hardan düşmüşəm bura?”Bu hisslərin qəlbimə çökdürdüyü ağırlıq azmış kimi bir yandan da şəxsi həyatımda bəzi problem yaşamalı oldum.Problemin nə olduğunu deməyəcəm.Amma həll edilməsi o qədər uzandı ki, hətta intihar haqda belə düşünməyə başladım. Bu ərəfədə rayonda yaşayan rəfiqəmlə telefon söhbətlərinin birində mənə təcili bir psixoloqla danışmamı məsləhət gördü və bir nəfərin mobil nömrəsini də verdi.Həqiqətən də o zaman psixoloqun köməyinə çox ehtiyacım vardı.Amma bir yandan da inamsızlıq vardı içimdə.Çünki uzun illər əvvəl əsəblərim yenə pozuq olan bir dövrdə (Keçid dövrü sayılan yeniyetməlik dövründə əslində bu normal idi) məni psixoloq əvəzinə psixoterapevt yanına aparmışdılar.Onları da qınamıram, bu gün çoxları psixoloqla psixoterapevti qarışıq salır.Birisinə deyəndə ki:-“Sənə psixoloq lazımdır”.Cavabı belə oluir:-“Mən dəli deyiləm.Psixoloqa özün get..”Nə isə..Tərəddüdlə rəfiqəmin verdiyi nömrəni yığdım.Xoş, məlahətli, incə bir qadın səsi eşidildi.Nə deyəcəyimi bilmədim.Bir-iki dəqiqə ərzində baş verənləri deməyə çalışsam da özümü itirdim.Görüş təyin etdik.Onu da deyim ki, psixoterapevtin qəbulunda olandan sonra necə qorxmuşamsa daha xəstəxana şəraitində görüşmək istəmədim.Bir yer təyin edib orda görüşdük..

O görüşədək mən həyatın çətinlikləri qarşısında çox aciz, tez sınan, hər kəsə inanan, dünyaya yeni gəlmiş insan kimi həyatın qanunlarından xəbərsiz,-bir sözlə yaşamağa hazır olmayan, sanki məcburən yaşayan biri idim.”İntihar-ən böyük günahdır” deyə-deyə özümü yaşamağa məcbur etmişdim o görüşə qədər.Həyatımda almadığım zərbə, görmədiyim nankorluq, mənə arxasını çevirməyən yaxınım yox idi.Bir insanın həyatında bu qədər sınaq, bu qədər zərbə ola bilərdimi?Əlbəttə, deyə bilərsiniz ki, müqəddəslərimizin-peyğəmbərlər və imamlarımızın həyatında olub.Mən ki, adi bir insandım.Niyə bunları yaşadım?Əgər yaşadımsa bəs  niyə o ağır həyatı yaşayanlar kimi dözə bilmirəm.Həyatdan getmək istəyirəm belə asanlıqla?Bu sualların cavabını həmin görüşdə tapdım.O qadın-Fatma xanım əsl psixoloq idi.Bir günlük söhbətdə həyatımda nələr baş verdiyini və həyata dirənmənin, necə mübarizə aparmanın yolunu artıq onun sayəsində öyrənsəm də dəyişməm üçün zaman lazım idi.Mən 180 % dəyişməliydim.Məlumdur ki, bir insanın dəyişməsi uzun illər alır.Bir çox hallarda isə mümkün olmur.Amma mən dəyişdim.Onun sayəsində..Bir neçə ay mütəmadi olaraq onun qəbulunda oldum.Bundan başqa hər gün zəngləşdik.İlk əvvəllər yeni addım atmağı öyrənən körpə kimi atacağım hər addımda,-verəcəyim hər bir, ən kiçik qərarda belə onunla məsləhətləşərdim.Bir az sonra o qərarları artıq özüm də sərbəst verə bilirdim.Bəlkə də oxuyanlar məni çox iradəsiz hesb edib düşünəcəklər ki, insan özü-özünə də psixoloq ola bilər.Niyə bu qədər aciz olduğumda məni qınaya bilərlər.Bir kəsi qınamadan əvvəl düşünün ki, onun həyatını yaşamamısınız.Həm də mən “yenidən doğulmaq” istəyirdim.Söhbət ancaq hansısa problemin həllində məni psixoloji cəhətdən gücləndirməkdən getmir.Fatma xanımla söhbətlər zamanı ona o qədər heyran olmuşdum ki, artıq ona bənzəmək istəyirdim.Daha məni yalnız öz problemlərim deyil (Onlar qısa zamanda həll edilmişdi), İNSANLIĞIN problemləri düşündürürdü.Bizim söhbətlərimiz həm psixoloji, həm fəlsəfi, həm də dini mövzuda olurdu..

Bir neçə ay keçdi..Ayrılmaq vaxtı gəlib çatdı.Məndə hər şey normal idi.Fatma xanım istəyinə çatmışdı.O məndən “Yeni bir insan” hazırlaya bilmişdi.Sanki ana quş balasına uçmaq öyrətdiyi kimi o da mənə həyatı yaşamağı, sevməyi öyrətdi..Ayrılıq yaxınlaşırdı.Amma mən ayrılmaq istəmirdim.Ümumiyyətlə ayrılıqlar insan həyatında həmişə kədər izi buraxır.Fatma xanım-özüm, dünya, bəşər, həyat və Ölüm haqda rahat danışa biləcəyim, məni tam olaraq anlaya biləcək və bütün suallarımı qaneedici cavablandıracaq YEGANƏ insan idi.Bundan başqa onunla söhbətlər zamanı mən özümdə başqa dəyişikliklər də hiss etməyə başladım.Mənim intuisiyam güclənmişdi.Hissiyyatım artmışdı.Sadəlövh, daxilən zəif bir insan getmiş, əvəzinə insanları bir baxışda tanıyan, güclü bir insan gəlmişdi.Köşə yazılarımdakı əksər mövzular haqda ilk dəfə olaraq məhz onunla tanışlıqdan sonra yazmağa başladım. Ayrılıqdan bir az əvvəl söhbət zamanı öyrəndim ki, ikinci təhsil kimi o həm də ərəb dili mütəxəssisidir.Şərqşünasdır.İxtisası üzrə fərdi dərslər keçir.Eyni zamanda Quran müəllimidir.”Doktor” hekayəsində bəhs olunan,  Doktorun dərs aldığı Quran müəllimi də elə Fatma xanım özüdür.(Hekayəni oxumayanlar bu linkdən baxıb oxuya bilərlər-http://qadin.net/index.php?newsid=9810#comment) Bunu biləndə sevindim.Həm Quran dərsi almaq lap çoxdankı arzum olduğuna görə, həm də ondan belə tezliklə ayrılmamaq üçün növbəti “bəhanə” tapmış oldum.Beləliklə iki ay əvvəl Quran dərslərinə başladıq.Dərslərin gedişi zamanı da özümdə növbəti dəyişikliklər hiss etməyə başladım.Xüsusən də ərəbcə “Qurani Kərim” dən  kiçik surələrin üzünü köçürmək ev tapşırığı kimi veriləndən sonra..Hər bir surəni köçürdüyüm gün nəsə qeyri-adi bir hadisə baş verirdi.Əsas da qəribə yuxularım..Məhərrəm ayının girməsinə bir gün qalmışdı.Qurandan yenə bir surə köçürüb yatdım.Yuxuda gördüm ki, İmamı qonaq çağırmışam.O da təklifimi qəbul edib..Şoka düşmüşdüm bu yuxuya..(Ümid edirəm ki, İmamın qırxınadək İmam yuxumda mənə qonaq gəlsin.Onun üzünü də görüm..)Bizim münasibət qurduğumuz vaxtdan indiyədək o xanım ara bir dini mövzularda misallar gətirsə də heç zaman insanı təsir altına sala biləcək dini təbliğat aparmırdı.Buna baxmayaraq dərslərə başlayandan sonra dini yuxular görməyə başladım. 

Evdə Quran dərsləri öyrədən kitablarım və bir neçə “Quran” kitabım vardı.Amma heç cür özüm öyrənə bilmirdim.Dərsliklərdə çoxlu səhvlər, çətinliklər vardı.Bundan başqa nə qədər psixoloji cəhətdən güclənsəm də Ölüm mövzusu yenə yaralı yerim olaraq qalırdı.Bir gün fani dünyadan yaxınlarımın məni tərk edəcəyini düşünəndə dəli olurdum.”Buna heç cür dözmərəm, ölərəm”-deyirdim.Daha sonra özümü alışdırdım.İndi yeni bir fikir beynimdən çıxmlrdı.”Onsuz da dünya fani, Ölüm haqdır.Bunu dəyişə bilmərik.Heç olmasa yaxınımın Ruhu rahatlıq tapsın və onu yanımda hiss edim deyə kaş ki, “Yasin” surəsini özüm, öz dilimlə, avazla oxuya biləydim ərəbcədən...”Bu arzu illərdir qəlbimdə yatırdı.İllərdir deyəndə ki, anamın ağır xəstəliyindən sonra..İndi bu arzuma da çatacaqdım.”Quran”ı özüm oxuya biləcəkdim.Həm də axı yalnız ölənlər üçün oxunmur, elə xəstələr üçün də Quran oxunur ki, tez sağalsınlar.Sağlamlar üçünsə oxunur ki, uğur tapsınlar.Hətta insan özü özü üçün də “Yasin” surəsi” oxuya bilər.Bu haqda belə bir deyim də var:-“Yasin-ölüyə rəhmət, xəstəyə şəfaət, diriyə bərəkətdir”.

İndi dərsimizin bitməsinə iki aydan da az qalıb.Yenə düşünürəm ki, Fatma xanımdan ayrılmamaq üçün növbəti bəhanəm nə olsun smile

...Düz bir il əvvəl, həyatımın ən çətin zamanında namazdan sonra üzümü Allha tutub dua etdim.Mələklərindən birini kömək üçün mənə göndərsin deyə. O da duamı qəbul etdi və  Mələk simalı bəndələrindən birini-Fatma xanımı mənə göndərdi.Bu gün yaşayıramsa, özümü həyatda tapmışamsa və bir il əvvəlki Gülşən kimi problemi olanlara indi özüm kömək edə bilirəmsə bunun üçün Ona borcluyam.Daha doğrusu Onlara-Allahıma və onun göndərdiyi Mələk simalı xanıma-Fatma xanıma...

Yazdığım ürək sözlərimi onun özünə deyə bilmədiyimçün etiraf kimi burda yazmaq qərarına gəldim.Yazıya başlıq verəndə çox düşündüm.Onu necə adlandırım-“Mənəvi anam” desəm, ya “Mənim Həyat Müəllimim”..O həm dostum, həm mənəvi anam, həm müəllimim, həm də bir Qoruyucu Mələyimdir...

24 dekabr 2011
GO BACK