Sevgi deyilən hiss nə qədər qəribə, ülvi hissidir. Elə hissdir ki, insan özündən əvvəl sevdiyi insanı düşünür. Ürək bir insanı bu qədərmi sevər? Bir insan üçün özündən vacib, özündən dəyərli heç kim yoxdu. Amma mənim üçün özümdən də, canımdan da dəyərli bir varlıq var. Bir sevdiyim və bir sevənim var. Nə olsun ki, sevdiyim çox uzaqlardadır? Nə olsun ki, ona əlim çatmır, gözlərinə baxaraq "Səni sevirəm, sənin üçün darıxmışam" deyə bilmirəm. Nə olsun ki, ağlayanda göz yaşımı silə bilmir?
Nə olsun ki, ehtiyacım olduğu vaxtda təsəlli verə bilmir? Amma, yenə də onu çox sevirəm. Bilirəm, o da məni düşünür, o da hədsiz darıxır, birlikdə keçirdiyimiz günlər üçün. Uzaq da olsa mənimlədir. Fikiri də, ürəyi də, ruhu da yanımdadır. Hər zaman mənimlədir. Ona toxuna bilməsəm də, xatirələrimizə toxunuram. Dönüb keçmişə baxıram. Ordan sevgi dolu baxışlarla gülümsəyən biri var. O da canımdan bir parça, hayatımın mənasıdır.
Yolda düşüncəli-düşüncəli gedərkən belə onu yanımda hiss edirəm. Elə bil bir əl uzanır mənə tərəf: "Yanındayam, sevgilim. Qorxma, özünü yalnız hiss etmə, üzülmə" deyir. Bax, o an hər şeyi unuduram. Yalnız onu hiss edirəm. Gözlərimi yumuram bir anlıq. Təsəvvür edirəm ki, əlin əlimdə, gözlərin gözlərimdədir və ən əsası, sən yanımdasan. Səni necə sevməyim? Uzaq da olsan çox dəyərlisən. Uzaq da olsan hər şey edirsən mənim üçün. Özümü yalnız hiss etməyim deyə əlindən gələni edirsən. Bir söz var: "Həyata bir dəfə də gəlsəm yenə səni sevirəm". Həqiqətən, həyata bir dəfə də gəlsəm yenə də səni sevərəm. Çünki, mən artıq sən olmuşam, sevgilim. Ürəyimlə, ruhumla tamamən sənə aidəm, yalnız səninəm. Hər addımda, yatanda, oyananda, yemək yeyəndə belə səni düşünürəm. Yemək yedikdə öz-özümə deyirəm: "Görəsən, o yemək yeyib?". Yaxud, yemək boğazımdan keçmədikdə "Görəsən, o acdır?" deyirəm öz-özümə və yemək yemirəm. Sən yemək yeməyənə qədər, sən yatmayana qədər mən də yatmıram, sevgilim. Çünki, mən sənsiz bir heçəm və hər anım səninlə bağlıdır. Qısası, səninlə yaşayıram və səni düşündüyündən də çox sevirəm.
Səni çox sevən həyat yoldaşın
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur müğənni deportasiya olundu
Ananın ixtira etdiyi cəza üsulu hər kəsi təəccübləndirdi
68 yaşlı bəy, 19 yaşlı gəlin - Toylarına heç kim gəlmədi - VİDEO
Stress saçları niyə ağardır?
Məşhur aktyor "Çukur"dan ayrıldı
90 yaşlı ekstrim həvəskarı dünyanın ən hündür “bungee jumping”indən tullanıb – VİDEO
Qız uşaqları üçün yay geyimləri
Məşhur tərzi: Jenny Cipoletti
Cindy Crawforddan enerji verən yaşıl içki
Bir sıra icazələr ləğv olundu - RƏSMİ
Bakıya od ələnəcək, bəzi rayonlara yağış yağacaq
İşsiz qalan gənc milyonçu oldu
Ulduzların qəribəlikləri
Berliner ponçik (foto resept)
Qolsuz bluzlar
Qat-qat xəmirdən küncütlü bulka (foto resept)
Qurban bayramı günündə bunu etmək olar?
Bilmədən etdiyim günah
Ən yaxşı 5 meyvə maskası
Hər bitkidə bir əlac var
Qəbələyə qar yağdı-5sm
Azərbaycanlı tələbələr ermənilərə yerini göstərdi
Spiral
Fitball - kiçikdən böyüyə
Hava haqqında - 19.11.2013
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
9 hərəkətlə arıqla!
Fıstıqlı dondurma (foto-resept)
Heraklion
Sabah bu yollar bağlanacaq
Məşhur aparıcı ana oldu-FOTO
Bakıda səbrsizliklə gözlənilən qar evlərin istiliyini apardı
Asiya salatı (foto resept)
Ərdoğan İmamoğlunu təbrik etdi
Kimlər koronavirusa yoluxmayacaq?- Məşhur alimdən açıqlama
Məşhurlarla dolu arxiv FOTO - 1998-ci il, eyni gəminin tayfaları
İsti havalarda dəri baxımı
"Xəbərlər"in aparıcısı efirdə şəhidlər üçün ağladı
Gözəl bilərzik modelləri (2)
Gülşənin 2,5 milyon dollarlıq möhtəşəm evindən görüntülər - FOTO
Ezgi Mola sevgilisinə sataşdı
Merve Boluğur yanındakı şəxsin kimliyi barədə açıqlama verdi-FOTO
"TANAP regionda sülhə yardım edəcək"
Vişnəli kisel(foto resept)
Yunan əfsanələrində həqiqət varmı?
Növbəti düşmən təxribatı ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ
Payızda “ikinci dalğa” təhlükəsi: Karantin yenidən sərtləşdiriləcək? - VİDEO
"Bakı 2015"də ilk
Günün ulduz falı
Gözəl tortlar
- ŞƏRHLƏR