Ata, səni çox sevirəm...
Atalara həsr olunmuş saysız şeirlər, muğamlar, mahnılar vardır. Məsələn, Könül Xasıyevanın ifasında "Ata" segahı məni həmişə uzaqlara alıb aparır. Atamla həmişə aramızda bir pərdə olub. Onun sevgisinə həmişə şübhə etmişəm. Amma o da belə ata imiş, sevgisini gizli saxlayan. Artıq bir neçə aydır ailə qurmuşam və mən atamın hansı xasiyyətdə olub-olmamasından asılı olmayaraq, onun məhəbbətini hiss edirəm. Təsəvvür edə bilməzsiniz ki, illərdir bu sevginin necə həsrətində olmuşam. Bir dəfə aramızda çox pis anlaşılmazlıq olmuşdu (bu anlaşılmazlıqlardan çox olurdu aramızda) və mən yenə həyatdan gileylənərək oturub ağlaya-ağlaya içimdəki hissləri bir vərəqə tökdüm. Bir müddət sonra bu hisslərin tamamilə gözəl bir şeir olduğunu gördüm. O şeiri bir neçə il sonra atamın ad günündə ona hədiyyə etdim. Amma yenə da atamın bu xasiyyəti davam edir, məni haqqsız yerə ağladırdı. Bir gün gəldi və atam sevgisini 4 bəndlik şeirlə mənə göstərdi və mənim onunla bağlı bütün yalnış düşüncələrimi silib apardı. Həmin şeiri bu il fevral ayının 15-də atamın doğum günü üçün çərçivələdib ona hədiyyə etdim. Atamın gözləri yaşardı. İndi atamgilə gedəndə atamın məhəbbəti gözlərindən oxunur. Mənə yanaşma tərzi dəyişib. Adətən, atalar gəlin köçmüş qızlarına " Bu vaxta qədər mənim qızım idin, indi isə gəlin getdiyin evin qızı olmağa çalış" və s. deyirlər, amma mənim atam "Bu vaxta qədər mənim qızım deyildin, indi mənim qızımsan, bala" deyir. Onun bu psixologiyasını tək mən anlayıram.
Atam haqqında fikirlərimi tamamilə dəyişən o böyük ürəklə yazılmış şeiri sizə təqdim etmək istəyirəm.
Allahın qismətidir,
Nigarım, qızım mənim.
Bəxtimə düşən payım,
Övladım, ömrüm mənim.
Şirin söz, şirin dilli,
Qara göz, qara telli.
Əsli Qubadlı elli,
Nigarım, qızım mənim.
Ananın ürəyidir,
Atanın diləyidir.
Padarın göyçəyidir,
Nigarım, qızım mənim.
Yurdunun həsrətlisi,
Kədərli qızım mənim.
Baharım, yazım mənim,
Nigarım, qızım mənim.
Allah bütün atalara cansağlığı versin, həyatda olmayanlara isə rəhmət diləyirəm!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ətli toplar (foto resept)
Nüsret evlənir?-FOTO
Biz üşüyürük, onlar isə...
Saç uzunluğunuz xarakterinizi ələ verir
Maradonanın iki saat taxmasının sirri açıldı
Zabit Səmədovdan daha bir qələbə
''Titanik''in hər yaşda gözəl ''Roza''sı - FOTO
"Mimoza" salatı
Ana olmaq istəyənlər şokoladdan uzaq durun!
Zakir Həsənov cəbhədəki vəziyyətdən danışdı
Uşaqların mənfi davranışlarını necə yox etməli?
Bunları bilmək maraqlıdır!
Məşhurlar dünən və bu gün
Baha qiymətə satılan qeyri-adi əşyalar
Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin sayı artırıla bilər - RƏSMİ
Xəzər dənizi "azad edilir" - hasarlar sökülür
Noyabrın 2-dən Azərbaycanda təhlükə gözlənilir
Portağallı manna yarması şirniyyatı (foto-resept)
Reynmen yeni klipi ilə dünyada üçüncü sırada - VİDEO
Müəllimlər mənzillə təmin olunsun
Yeni trend: Çirkin"derby" ayaqqabıları
Xəyanət etdiyini göstərən davranışlar
İranlı qadın fanatlar qalmaqala səbəb oldular
Yağ əridən qidalar
Ayaqqabılar haqqımızda nə deyir?
Elmi fantastika janrında olan seriallar
Rusiya Ermənistanı çətin vəziyyətə salıb
Nəsli kəsilməkdə olan heyvanlar
Bal və idman masajı
Gözəl ayaqlara sahib olmaq üçün üsullar
Mağazadan mal alarkən ehtiyatlı olun
Əhaliyə ipoteka müjdəsi: şərtlər və qaydalar yumşaldılır
Dünyada minlərlə insan bu günü gözləyir
Məhəmməd Əlinin tarixi sözləri
Yeni 100 dollarlıq əskinaslar dövriyyəyə buraxılacaq
Günün qoroskopu:Təşkilatçı olun!
Qadın və kişinin fərqli xüsusiyyətləri
Rus dili dərs-27
Yeni “Xiaomi” planşeti təqdim edildi
Gürcüstan prezidenti ölkənin müsəlman vətəndaşlarını təbrik etdi
145 delfin sahilə atılaraq kütləvi şəkildə məhv olub
Koronavirus xəstələrinə dərmanlar pulla verilib? - AÇIQLAMA
Monika Belluççi hər kəsi təəccübləndirdi-FOTO
''Doğuşdan sonra 20 kilo arıqladım!''
Avropada vulkan oyandı, yeri titrətdi
Xocavənd rayonunun kəndi ilə bağlı QANUN
Aleyna Tilki dondurma reklamında
Sağlam bir həyat üçün qarpız
Sürücülərə müjdə: tıxac problemi aradan qaldırılır
HAVA necə olacaq?-27 noyabr
- ŞƏRHLƏR