O qədər safdır ki, hislərim heç bilmirəm nə ad qoyum?!Bəlkə təzə cücərir, bəlkə də qışın şaxtalı nəfəsindən yeni çıxıb yayın istisiylə ovunmağa çalışır.Bəlkə dostluqdur , bəlkə də .....
-Yox o bəlkədir elə məni qorxudan.Ya o qorxduğum hiss olsa .Heç özumə belə etiraf etməmişəm, edə bilməmişəm o bəlkəni.Amma yox, yalan dedim.O bəlkəni iki ay bundan qabaq saf sevgiylə dolub daşan, gözlərindən mənim üçün yaş axıdan birinə etiraf etdim.Çox məcbur etdi , mən də söylədim.Hansı ki heç özüm özümə etiraf etməmişdim.Gözümün içinə bax dedi, bax və denən.Denənki onu sevirsən .Həmin an hiss etdiklərimə inana bilmədim.Gözləri dolmuşdu , əgər etiraf etsəydim o yaş axacaqdır...Düşündüm ürəyimdə, sonra dedim...Yox mən bacara bilmərəm, iki damla yaşa görə sevgimi boğa bilmərəm.Axı mənim hiss etdiklərim, yazıq deyilmi mənə.Həmin anda dayanacaqda keçirdiyim o on deqiqe mənə bitmək bilməyən 10 saat kimi gəldi.Nə deyim??? Axı heç özümə belə etiraf etmediyim , adını belə qoya bilmədiyim hislərimi necə etiraf edim???
-Gözümün içinə baxdı, son dəfə soruşuram dedi.Gözlərimə bax və onu sevdiyini de.Allahım, necə əzablı dəqiqələr idi bu.O axan yaşlara bir də baxdım.Bəlkə hiss etdiklərimi boğum, yeni sevdaya yelkən açım dedim.Çünki elə inandırıcı vədlər verirdi mənə.Bir qadını, bir gənc qızı xoşbəxt edəcək nə qədər sözlər, nə qədər vədlər vardısa hamısını eşitmişdim o an.Amma nə olsun ürəyimin qulaqları sanki kar idi, eşitmirdi bu gözəl vədləri. Hey mübarizə apardım ürəyimlə həmin anda.
Bəlkə “Hə” deyim, bəlkə xoşbəxt edəcək məni, bəlkə yeni çiçək açan, özümə belə etiraf edə bilmədiyim hislərimi unutduracaq mənə.Sonra bunlarin əksini fikirləşməyə başladım.Ya xoşbəxt olmazsam, ya qəlbimdə yeni cücərməyə başlıyan, adını belə qoya bilmədiyim o saf hislərimi boğa bilməsəm, elə hey çiçək açmağa davam etsə, qollanıb budaqlansa ya, daha da şaxələnsə.Qorxdummm...
-Sonra çöndüm ətrafıma baxdım. Bizdən kənarda həyat davam edirdi.İndi fikirləşirəm inana bilmirəm ki, bunların hamısını o on dəqiqə ərzində yaşamışam. Gözlərim hər yerə baxdı, baxdı və yenə də gəlib onun gözlərində dayandı. Həmin an inana bilmədiyim cəsarət gəldi dilimə. Bəlkə də o adını qoya bilmədiyim saf hislərimin cəsarəti idi.
-Sualı bir də təkrarladı:”De ki, onu çox sevirsən”.Dözmədim acıqlı-acıqlı cavab verdim. Sən hazırsansa eşitməyə etiraf edə bilərəm. Buyur dedi, səni eşidirəm.
Başımı aşağı dikdim və “Mən onu çox istəyirəm” dedim. Yox, belə olmaz dedi, gözlərimə bax , de. Mən sənin sözlərinə yox, gözlərinə, baxışına inanıram dedi.
- Başımı qaldırdım, yox sevgimdən utanmamalıyam, deyəcəm dedim. Axı nə hiss edirdim o an heç bilmirdim. Gözlərinə baxdım, sanki damlalar hazır dayanmışdı yanaqlardan süzülüb intihar etməyə. Qıymasam bəlkə o yaşlara, nə də olsa mənim üçün axırdı dedim. Vaxt daralırdı, nə isə deyib bitirmək lazım idi və o an gəldi. Öz-özümə danışmağa başladım...Hə denən, denən ki, mən başqasını sevirəm. Sanki bu hislərimlə mübarizə aparırdım,” yox demiyəcəm”- deyə ama dedim. Özümə belə etiraf etmədiyim sevgimi bir başqasına etiraf etdim.
Baxdım gözlərinə cəsarətlə və dedim, “Mən onu çox sevirəm” dedim və susdum. İnana bilmədim bu sözləri mənmi dedim deyə duruxdum qaldım. Allahım, o səs mənim idi?? O etirafı mənmi etdim??...Çətin də olsa qəbul etdim, bəli o etiraf mənim idi.
-Axdı yaşlar gilə-gilə.O insan yad olsa belə parçalandı ürəyim. Amma nə edim, əlacsız idim. Heyatda bütün sevgilər qarşılıqlıdır deyə bir qanun yoxdur dedim və sağollaşdım. Arxamca yaşlar axırdı amma çönüb arxama baxmamağa çalışdım. O an sanki qurtarıcım olan, o əzablarıma nöqtə qoyan evə gedəcəyim avtobusum gəldi. Arxama baxmadan mindim və getdim. Çönüb baxsammı deyə fikirləşdim ama yox, ya ümidlənərsə, ya arxamca qaçıb gələrsə. O an anladım cox pis hismiş ümid qırmaq. Tez fikrimdən yayındım. Evə necə çatdım bilmədim. Çatar-çatmaz özümü otağa qapatdım. Elə hönkürərək ürəkdən ağladım ki. Sanki feryad edirdim yaxınını itirmiş adamlar kimi.O an dəlicəsinə qışqırdım və dedim Lənət olsun belə sevgiyə!....Dedim və susdum!!!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu Qala kimin qalasıdır?
Uzun saçlar üçün maskalar
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Dünya mədəniyyətinin ilkləri
Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişikliklər edilib
Nazirdən repetitor xidmətinin bərpası ilə bağlı AÇIQLAMA
Albalı piroqu
Gənc xanımlar üçün çanta modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-78
Cəfəri maskası
4 günə 5 santimetr arıqladan detoks
BVF son proqnozu açıqlayıb
Bilirsinizmi?
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
Küçələrin ən gözəl yaradıcılıq nümunələri
Bakıda 1 000 manata çörək
Uşaqların yaşına görə boşanmanın təsiri
"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi - FOTO
“Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF
Azərbaycan kəndində ilk
Düzgün ayaqqabı seçimi
Mehmet Əli Ərbil Son Halı ilə Qorxutdu-FOTO
Kağızdan hazırlanmış donlar
Çox təmizlik Alzheimer riskini artırır
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Dadlı görünən çantalar
Xərçəng olmamaq üçün bunu etməyin
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Narın faydası və zərəri
Dünyada internet nə vəziyyətdədir?
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Ermənistanda aclıq gözlənilir
Pareidoliya
Prezident işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı tapşırıqlar verdi
İsti havada başımız niyə daha çox ağrayır?
Ağacları sevən pişiklər
2021-ci ilin qeyri-iş günləri açıqlandı - RƏSMİ
88 yaşlı modelin cavanlıq şəkilləri
Piyləri artıran… fruktoza
Kompüteriniz üçün maraqlı şəkillər
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı
Gözəl dırnaqlar
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Conni Deppin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Ziynet Salı toy tarixini açıqladı
Firuşkamızın əl işləri
Çilli qız gözəlliyi ilə diqqət çəkdi-FOTO
- ŞƏRHLƏR