"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın!
"Altı aydır ki, bir mağazada işə düzəlmişəm. Mən sənədlərin sürətçıxarılması ilə məşğulam. Telefonların satışı ilə isə bir oğlan məşğul olur. Çox ciddi oğlandır. Nadir hallarda başını qaldırıb yoldan keçənlərə baxır. Mağazaya girənlərlə də çox soyuq və rəsmi danışır. Neçə aydır ki, onun diqqətini çəkməyə çalışıram. Amma bunu necə eləyim bilmirəm. Telefonda kimləsə danışır. Hiss eləyirəm ki, sevgilisi var. Bezən hirslənir, sifəti qızarıb pörtür. O zaman sevinirəm. Araları dəyər deyə ümid edirəm. Amma bir az keçmiş yenə telefona başı qarışır gözləri gülür. Mən onun xoşuna gəlmək istəyirəm. Bəlkə eqoist istəkdir... Onun sevgilisi var, amma məncə o qız ona layiq deyil. Mən olsam belə oğlanı heç vaxt hirsləndirmərəm, çünki o yanlız sevgiyə layiqdir. O qiz isə bunu başa düşmür. Belə özümə haqq qazandırmış oluram, amma artıq bu fikirləri keçmişəm. Düz ya səhv artıq mənim üçün vacib deyil.
Oğlanı söhbətə tuturam ki, telefona gec cavab yazsın. Onu söhbətə tutmaq da asan deyil. Yalandan guya ki, aparatda nəyisə başa düşmürəm. Beləcə başı mənə qarışır, amma çox yox, uzağı 5-10 dəqiqə. O dəqiqələr çox xoşbəxt oluram. Bəzən vicdan əzabı çəkirəm. Vicdanım sızlayır, axı o tərəfdə olan da bir qızdır. Amma mən öz hisslərimi fikirləşməliyəm. Mənim də xoşbəxt olmağa haqqım var. Məgər belə deyil? Oğlanın xoşuna gəlmək diqqətini özümə cəmləşdirmək istəyirəm. Bunun üçün bilmirəm ki, necə geyinim, necə bəzənim. O qız nece olub ki oğlan onu beyenib?! Bir oğlanın ciddi xarakteri varsa, onun diqqətini hansı yolla çəkmək olar? Xahiş edirəm, mənə bir yol göstərin. Məsləhət verin..."

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR